Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (2 kişi, 3 qadın) 17.08.2026-cı il tarixində saat 14:50 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Quba rayon mərkəzi xəstəxanasından məlumat verilib.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu