Ağdamda açıq ərazidə yanğın baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun işğaldan azad olunmuş Sarıcalı kəndi yaxınlığındakı açıq ərazidə qeydə alınıb.
Məlumata görə, yanğınla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.



Bizim.Media