“PAŞA Holding”in dəstəyi ilə “PMD Projects” MMC tərəfindən Zəfər Parkı salınır - FOTO

Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsini əbədiləşdirmək məqsədilə Bakı şəhəri, 8 noyabr prospektində Zəfər Parkı salınır. Layihənin icrası “PAŞA Holding” MMC-in maliyyə dəstəyi ilə “PMD Projects” MMC tərəfindən həyata keçirilir. Bu barədə Zəfər Parkının təqdimatına həsr olunmuş ictimai dinləmədə bildirilib.

“Zəfər mövzusu, Vətən müharibəsinin iştirakçıları, Qarabağın dirçəlməsi mövzuları “PAŞA Holding”in diqqət mərkəzindədir və bu səbəbdən holdinq və onun törəmə şirkətləri tərəfindən davamlı olaraq sözügedən mövzulara həsr olunmuş layihələr icra olunur. Buna bariz nümunə olan, strateji önəm kəsb edən “Zəfər Parkı” layihəsi şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədini daşıyır. Parkda Vətən Müharibəsi Memorial Kompleksi, eləcə də Zəfər Muzeyi yer alacaq”, - deyə “PAŞA Holding”in mətbuat katibi Aytac Muxtarzadə bildirib.

“PMD Projects” şirkətinin nümayəndəsi, “Zəfər Parkı” layihəsinin rəhbəri Pərviz Mehralıyev bildirib ki, parkın konsepsiyası artıq təsdiqlənib və hazırda dövlət qurumları ilə danışıqlar aparılır. Onun sözlərinə görə, 18 ay ərzində tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır:

“Yaxın 18 ayda, yəni 2024-cü ilin sonunadək tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır. Ümumilikdə layihənin sahəsi 98 min kvadratmetr təşkil edəcək və onun ərazisində Azərbaycanın tarixini və İkinci Qarabağ müharibəsində qələbəsini əks etdirən obyektlər tikiləcək”.

Bildiririk ki, Zəfər Parkı üçün nəzərdə tutulan ərazidə hazırda yerləşən yaşıllıqlara zərər yetirməmək məqsədilə ərazidəki tikinti altına düşən ağacların xüsusi texnikanın köməyi ilə parka yaxın sahəyə köçürülməsi də təmin ediləcək.

Qeyd edək ki, hazırda “PAŞA Holding”in dəstəyi ilə Şuşa şəhərində də Zəfər parkı salınır, eləcə də işğaldan azad olunmuş ərazilərdə məscidlər və digər infrastruktur obyektlərinin bərpası həyata keçirilir. Keçirilən bərpa işlərində, xüsusilə də işğaldan azad olunmuş Ağdam bölgəsinin yenidən qurulmasında “PMD Projects” MMC də fəal iştirak edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib

Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib

"Arsenal"dan 90 milyon avroluq yeni transfer

"Arsenal"dan 90 milyon avroluq yeni transfer

Kiyev kütləvi hücum: 9 ölü, 27 yaralı var – FOTO/VİDEO

Kiyev kütləvi hücum: 9 ölü, 27 yaralı var – FOTO/VİDEO

Prezident: “Azərbaycan məşvərət formatının fəal üzvü olacaq” – VİDEO

Prezident: “Azərbaycan məşvərət formatının fəal üzvü olacaq” – VİDEO

Bakı Qızlar Universitetinin bağlanması qəbul planlarına necə təsir edəcək?

Bakı Qızlar Universitetinin bağlanması qəbul planlarına necə təsir edəcək?

“2017-ci ildən etibarən Bakıda, ata evimdə yaşayıram”- Sevil Əliyeva

“2017-ci ildən etibarən Bakıda, ata evimdə yaşayıram”- Sevil Əliyeva

Qızıl və gümüş UCUZLAŞDI

Qızıl və gümüş UCUZLAŞDI

İlham Əliyev: “Azərbaycan və Qırğızıstanı tarix, mədəniyyətlə bağlı çox şey birləşdirir” – VİDEO

İlham Əliyev: “Azərbaycan və Qırğızıstanı tarix, mədəniyyətlə bağlı çox şey birləşdirir” – VİDEO

Sabunçuda qadın qətlə yetirildi, oğlu SAXLANILDI

Sabunçuda qadın qətlə yetirildi, oğlu SAXLANILDI

Nəriman Həsənzadə Fəxri xiyabanda dəfn olunacaq

Nəriman Həsənzadə Fəxri xiyabanda dəfn olunacaq

Bu məhsulları soyuducuda saxlamaq olmaz

Bu məhsulları soyuducuda saxlamaq olmaz

SON DƏQİQƏ! MİQ üzrə nəticələr AÇIQLANDI

SON DƏQİQƏ! MİQ üzrə nəticələr AÇIQLANDI

Vacib sənədləri komputerdə, yoxsa telefonda saxlayaq? - AÇIQLAMA

Vacib sənədləri komputerdə, yoxsa telefonda saxlayaq? - AÇIQLAMA

Bosniya və Herseqovina ilə Sinqapur vətəndaşları Azərbaycana vizasız gələ BİLƏCƏKLƏR

Bosniya və Herseqovina ilə Sinqapur vətəndaşları Azərbaycana vizasız gələ BİLƏCƏKLƏR

İlham Əliyevdən İsveçrə Prezidentinə MƏKTUB

İlham Əliyevdən İsveçrə Prezidentinə MƏKTUB

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Qanunsuz saxlanılan silahlar aşkarlandı

“Alya”nın ilk sevgisi o olacaq

“Alya”nın ilk sevgisi o olacaq

Tutduğu balıqlar sayəsində milyonçu oldu

Tutduğu balıqlar sayəsində milyonçu oldu

Şənbə və bazar günləri hava necə olacaq?

Şənbə və bazar günləri hava necə olacaq?

İnternetdən həddindən çox istifadə edənlərin NƏZƏRİNƏ!

İnternetdən həddindən çox istifadə edənlərin NƏZƏRİNƏ!

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər SAXLANILDI

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər SAXLANILDI

DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT

DYP-dən sürücülərə və piyadalara MÜRACİƏT

Amerika ağ kəpənəyi Lənkəranı BÜRÜDÜ - Zərərvericilər evlərə DOLUR - FOTO

Amerika ağ kəpənəyi Lənkəranı BÜRÜDÜ - Zərərvericilər evlərə DOLUR - FOTO

Kondisioner qarşısında yatmaq bu şəxslər üçün təhlükə yarada BİLƏR

Kondisioner qarşısında yatmaq bu şəxslər üçün təhlükə yarada BİLƏR

End of content

No more pages to load

RADİO