Salyanda baş verən qəzada ölənlərin sayı üç nəfərə çatıb.
Bizim.Media “report.az”a istinadla xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.
Xəstəxanaya çatdırılan yaralılardan biri həkimlərin səyinə baxmayaraq həyatını itirib.
Daha əvvəl iki nəfərin öldüyü, dörd nəfərin yaralandığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media