Avtomobildən pul və mobil telefon oğurlayan iki şəxs saxlanılıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Binəqədi rayonu ərazisində gecə saatlarında naməlum şəxslər bir nəfərə məxsus “Mercedes” markalı avtomobildən 1000 manat nağd pul və 500 manat dəyərində mobil telefon oğurlayıblar.
Binəqədi RPİ 43-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı Nəsimi Quliyev və 24 yaşlı Elvin Həsənov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Bizim.Media