Dondurma ilə bağlı xəbərdarlıq: Yanında su olsun, tələsik yeməyin

Yay aylarında havaların isinməsi ilə dondurmaya tələbat artır. Sərinləşdirici təsiri və xoş dadı ilə uşaqlardan böyüklərə qədər bir çox insanın seçimi olan dondurma düzgün istehlak edildikdə zülal, kalsium və vitamin mənbəyi ola bilər. Lakin mütəxəssislər həddindən artıq və düzgün olmayan istifadənin bəzi sağlamlıq riskləri yarada biləcəyini bildirirlər.

Bizim.Media xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, dondurmanı qablaşdırmadan çıxarıldığı kimi böyük tikələrlə və sürətlə yemək boğaz nahiyəsində ani temperatur dəyişikliklərinə səbəb ola bilər.
 

Bu səbəbdən məhsulu bir qədər gözlətmək, kiçik tikələrlə və yavaş-yavaş qəbul etmək tövsiyə olunur. Dondurma yeyərkən yanında su saxlamaq isə ağız və boğazdakı soyuqluq hissini azaltmağa kömək edə bilər.


Sağlamlıq mütəxəssisləri şəkər və yağ miqdarı yüksək olan dondurmaların həddindən artıq qəbulunun çəki artımına və qan şəkərinin yüksəlməsinə səbəb ola biləcəyini vurğulayırlar.

Xüsusilə piylənmə, insulin müqaviməti və diabet riski olan şəxslər porsiya ölçüsünə diqqət etməlidirlər. Dondurmanın acqarına deyil, əsas yeməkdən sonra az miqdarda qəbul edilməsi məsləhət görülür.

Təbii meyvələrlə hazırlanan dondurmaların vitamin və antioksidant baxımından daha faydalı ola biləcəyi qeyd edilir.

Bununla yanaşı, üzərində “meyvəli” yazılan bütün məhsulların həqiqi meyvə tərkibli olmadığına diqqət çəkilir. Alış zamanı məhsulun tərkibindəki şəkər, süni dadlandırıcı və digər əlavə maddələr yoxlanılmalıdır.
 

Dondurmanın saxlanma şəraiti də sağlamlıq baxımından mühüm əhəmiyyət daşıyır. Əriyib yenidən dondurulan məhsullarda mikroorqanizmlərin çoxalma ehtimalı artır. Qablaşdırması zədələnmiş, forması dəyişmiş və ya üzərində həddindən artıq buz kristalları olan dondurmaların istehlak edilməməsi tövsiyə olunur.


Mütəxəssislər həmçinin bildirirlər ki, boğaz infeksiyalarının əsas səbəbi yalnız soyuq qidalar deyil. Allergiya, stress, yuxusuzluq, siqaret istifadəsi, burun tutulması və immun sisteminin zəifləməsi də xəstəliklərə meyli artıra bilər. İl ərzində tez-tez təkrarlanan, yüksək hərarət və udqunma çətinliyi ilə müşayiət olunan boğaz problemləri zamanı isə həkimə müraciət etmək vacibdir. (Demokat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Aysel Bayramova İŞDƏN ÇIXDI

Aysel Bayramova İŞDƏN ÇIXDI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

End of content

No more pages to load

RADİO