Hamiləlikdə səhv DİAQNOZ QOYULARSA... - Həkim və xəstəxana kompensasiya ödəməlidir?

Hamiləlik dövründə aparılan müayinələr gələcək valideynlər üçün böyük əhəmiyyət daşıyır. Bu müayinələrin nəticələrinə əsasən bəzən həkimlər dölün fiziki məhdudiyyətlə doğula biləcəyi barədə ailəni məlumatlandırırlar. Belə hallarda rəy bəzən yalnız risk və ehtimal qiymətləndirməsinə əsaslansa da, bəzi hallarda diaqnoz demək olar ki, qəti şəkildə təqdim edilir.

Ancaq tibbdə istisna hallar da mövcuddur.

Elə olur ki, hamiləlik zamanı dölə fiziki məhdudiyyət diaqnozu qoyulsa da, doğuşdan sonra körpənin tam sağlam olduğu müəyyən edilir. Bu isə valideynlər, xüsusilə də ana üçün aylarla davam edən narahatlıq, psixoloji gərginlik və mənəvi sarsıntı ilə nəticələnir. Üstəlik, yanlış diaqnoz ailənin hamiləlik dövründə qəbul etdiyi qərarlara və həyat planlarına da təsir göstərə bilər.

Belə bir vəziyyətdə sual yaranır: həkimin qoyduğu səhv diaqnoz hüquqi baxımdan hansı nəticələr doğurur? Ailənin məruz qaldığı mənəvi zərərə görə həkim və ya tibb müəssisəsi məsuliyyət daşıya bilərmi?

Bizim.Media mövzu ilə bağlı hüquqşünas, vəkil Pərviz Hacıyevin fikirlərini öyrənib.

Hüquqşünas açıqlayıb ki, əgər həkim səhv diaqnoz qoyubsa, ailənin keçirdiyi stresslə bağlı mənəvi zərər iddiası qaldırıla bilər:

“Belə hallarda cavabdeh təşkilat, tibb müəssisəsi həkimin səhvi üçün  məsuliyyət daşıyır. Məhkəmələrdə həmin tibb müəssisələri cavabdeh kimi iştirak edirlər.

Onlar əmək vəzifələrinin icrası zamanı işçinin vurduğu zərəri ödəməyə borcludur.  Sonra isə həkimlərinə qarşı iddia qaldıra  və ya maaşından tutaraq ödənilən ziyanı tələb edə bilərlər. Bu, maddi tərəflə bağlıdır. Eyni zamanda, dəymiş mənəvi zərərə görə həm Ali məhkəmənin qərarlarında, həm də Mülki Qanunvericilikdə də dəymiş mənəvi zərərə görə iddia qaldırmaq hüququ da öz əksini tapır”.

Pərviz Hacıyev vurğulayıb ki, zərərçəkmiş şəxs iddia qaldırmaq üçün mütləq yanlış diaqnozu əks etdirən sənədləri müalicənin reseptlərini və s.. kimi sənədləri sübut kimi təqdim etməlidir:
 

“Əgər məsələ yanlış diaqnoz nəticəsində şəxsə dəyən ziyanla, çəkilmiş xərclə bağlıdırsa, ziyançəkən şəxs çəkdiyi xərcləri təsdiq edən sənədləri məhkəməyə təqdim edir, məhkəmə araşdırma etdikdən sonra iddianı təmin edir. Şəxs stress keçirdiyini sübut etməlidir. Məsələn, bununla bağlı hər hansı bir həkimə müraciət edibsə, dərmanlar qəbul edibsə, bunları bildirməlidir. Əlbəttə, yanlış diaqnozla bağlı iddia üçün ekspertiza rəyi olmalıdır. Mənəvi zərərlə bağlı tələb olunan məbləğin miqdarının qanunvericilikdə bir məhdudiyyəti yoxdur.


Ancaq bu ziyanla bağlı məhkəmələrdə böyük vəsait təmin edilmir. Yəni, maksimium 5000-7000 manat civarında məbləğlə mənəvi ziyanlar təmin edilir”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Aysel Bayramova İŞDƏN ÇIXDI

Aysel Bayramova İŞDƏN ÇIXDI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

End of content

No more pages to load

RADİO