Qazaxda iki nəfər göldə batıb.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə rayonun Cəfərli kəndi ərazisində yerləşən göldə qeydə alınıb.
Rayon sakini R.Xəlilov və onu övladı R.Xəlilova kənd ərazisində yerləşən göldə batıblar.
Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.
Onların meyitləri sudan çıxarılıb.
Bizim.Media