Azərbaycanda tətbiq olunacaq çevik iş vaxtı rejimi nədir? – ARAŞDIRMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır. Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda qeyd olunub.

Tədbirlər Planına əsasən, ilkin nəticə olaraq, çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı beynəlxalq təcrübənin araşdırılması, aralıq nəticə kimi çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələrinin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi, son nəticədə isə çevik iş rejimi modellərinin tətbiq edilməsi nəzərdə tutulur.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda iş vaxtı ilə bağlı YENİLİK OLACAQ


Bəs çevik iş vaxtı rejimi nədir?

Bizim.Media-nın araşdırmasına görə, çevik iş vaxtı rejimi işçilərə qanunvericiliklə müəyyən olunmuş gündəlik və ya həftəlik iş saatı normasını tamamlamaq şərtilə, işin başlama və bitmə vaxtlarını özlərinə uyğun tənzimləmək imkanı verən bir iş rejimidir.

Bu rejim, bir qayda olaraq, iş gününü iki hissəyə bölür:

1. Fiksə olunmuş (dəyişməz) vaxt: İşçinin mütləq şəkildə iş yerində (və ya onlayn işləyirsə, tapşırıq başında) olmalı olduğu zaman kəsiyidir. Məsələn: saat 11:00-dan 16:00-dək.

2. Çevik (dəyişkən) vaxt: İşçinin işə gəlmə və işdən getmə vaxtını özünün seçdiyi hissədir. Məsələn: səhər saat 08:00-dan 11:00-dək işə başlaya və axşam 16:00-dan 19:00-dək işdən çıxa bilər.

Çevik iş rejimi işçilərə qanunvericiliklə müəyyən olunmuş həftəlik (məsələn, 40 saatlıq) normanı tamamlamaq şərtilə, işin başlama və bitmə saatlarını öz şəxsi həyatlarına uyğun tənzimləmək imkanı verir.

Dünya təcrübəsi

Dünya miqyasında bir sıra ölkələr uzun müddətdir bu rejimi tətbiq edir.

Finlandiya dünyanın bu sahədə ən qabaqcıl ölkəsidir. Qüvvədə olan "İş vaxtı Aktı"na əsasən, işçilərin böyük əksəriyyətinin iş gününün başlama və bitmə saatlarını 3 saat irəli və ya geri çəkmək hüququ var.

Böyük Britaniya qanunvericiliyə görə, şirkətdə ən azı 26 həftə işləmiş hər bir işçi rəhbərlikdən rəsmi olaraq çevik iş qrafiki tələb edə bilər. İşəgötürən yalnız ciddi biznes əsasları (məsələn, müştəri xidmətinin axsaması) olduqda işçinin bu tələbindən imtina edə bilər.

Almaniyada "Gleitzeit"(sürüşkən zaman) sistemi çox geniş yayılıb. İşçilər işə başlama və bitirmə vaxtını sərbəst seçirlər. Bir çox müəssisədə artıq işlənilən saatlar "vaxt bankı"nda (time bank) toplanır və sonradan əlavə istirahət günü kimi istifadə olunur.

Çevik iş vaxtı rejimi ilə bağlı ən geniş yayılmış modellər

Dünya təcrübəsinə nəzər saldıqda çevik iş vaxtı rejimi ilə bağlı 3 əsas model diqqət çəkir.

“Core Hours” (Fiksə olunmuş saatlar modeli) modelinə əsasən, ofisdə hamının mütləq olmalı olduğu qısa zaman kəsiyi seçilir (məs. 11:00-15:00), qalan saatları işçi özü müəyyən edir. Bu modeli həftəlik 5 gün - 40 saatlıq iş rejimi ilə çalışan şəxslər üçün tətbiq etsək belə bir mənzərə yaranır: 20 saat hamının ofisində olmalı müddətə təsadüf edir, qalan 20 saatı isə işçi özü seçir.

“Compressed Hours” (Sıxılmış iş həftəsi) modelində isə işçi həftəlik 40 saatlıq normanı 5 günə yox, gündəlik saatı artırmaqla 4 günə tamamlayır və 3 gün ardıcıl istirahət edir.

“Job Sharing” (İşin bölüşdürülməsi) modelinə görə, bir tam ştatlıq vəzifəni və iş saatlarını iki yarımştatlı işçi öz aralarında bölüşdürür (biri səhər, biri günorta işləyir).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

İspaniyada siyasi böhran: Növbədənkənar seçkilər keçirilə bilər

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Futbolçulara Ronaldo haqda danışmaq QADAĞAN EDİLDİ

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Zəngəzur Milli Parkında bəbir balalarının sayı artdı

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Rusiya Avropa ölkələrinə hücum üçün detallı planlar hazırlayıb - Kiyevdən İDDİA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə - FOTO

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Prezident: “Azərbaycanın neft məhsulları üçün müraciətlər artır”

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Bu futbolçu millimizin heyətindən çıxarıldı

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

Prezident: “Azərbaycan dünyanın iki supergücü ilə strateji tərəfdaşdır”

40 yaşdan sonra bu sabundan istifadə edin

40 yaşdan sonra bu sabundan istifadə edin

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Qatarlarda boş saxlanılan ikinci mərtəbə salonu ilə bağlı ADY-dən AÇIQLAMA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Bakıda küləyin sürəti 21 m/s-yə çatır - FAKTİKİ HAVA

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada – FOTO

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

Əvvəlki tərkibdən beş nəfər YAP İdarə Heyətində yer almadı – ADLAR

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq”

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Sərfəli alış-verişin yeni ünvanı - Vumart Gross (VİDEO)

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

Tünzalə Ağayeva Xorvatiya səhnəsində – VİDEO

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

“Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın” - Prezident

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Azərbaycanda işçilər üçün YENİ QƏRAR

Aysel Bayramova İŞDƏN ÇIXDI

Aysel Bayramova İŞDƏN ÇIXDI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

20 milyardlıq fond qalmaqalı, illərdir ağırlaşan iqtisadi böhran - Türkiyədə gündəm dəyişmək üçün “DÜŞMƏN” AXTARIŞI

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli YENİLƏNƏCƏK

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

İlham Əliyevdən “Bakı Metropoliteni” ilə bağlı FƏRMAN

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

YAP Təftiş Komissiyasının YENİ TƏRKİBİ

End of content

No more pages to load

RADİO