BİZİM TƏQVİM:2 iyulda baş vermiş tarixi hadisələr

2 iyul 1918-ci ildə Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr imzalayıb. Bununla Azərbaycan polis orqanlarının əsası qoyulub. Prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə iyulun 2-si Azərbaycanda “Polis günü” kimi qeyd olunur.

Bəs, iyulun 2-də dünyada daha hansı hadisələr baş verib?

1. 1570-ci il iyulun 2-də Osmanlı donanması Venesiyanın hakimiyyəti altında olan Kipri ələ keçirmək üçün adaya hərbi qüvvə göndərdi. 13 ay davam edən döyüşdən sonra Kipr 1 avqust 1571-ci ildə alındı və 300 il boyu Osmanlı imperiyasının tərkibində qaldı.

2. 1924-ci ilin bu günündə Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) yaradılıb. 

3. 1976-cı il 2 iyulda Şimali Vyetnam Sayqon rejimi üzərində tam hakimiyyət qazandı, ölkənin şimalı ilə cənubunu birləşdirdi, paytaxtı Hanoya köçürdü.

4. 1990-cı il iyulun 2-də Səudiyyə Ərəbistanının Mina ziyarətgahında şeytan daşlamağa gedən hacı namizədlər tuneldə sıxışdı. Çıxan izdihamda 609-u Türkiyə vətəndaşı olmaqla 1426 nəfər həyatını itirdi.

2 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Dünyada uzaqgörmələrilə ilə məşhur olan və adı əsrləri adlayan münnəcim və loğman, Nostradamus təxəllüsü ilə tanınan Mişel de Notrdam 1566-cı ilin bu günü 63 yaşında həyatdan köçüb. (1503-1566)

2. İntibah dövrü incəsənətində yeni meyllərin banisi, dünya musiqi mədəniyyətinə opera sahəsində həyata keçirdiyi islahatlarla daxil olan Avstriya bəstəkarı Kristof Qlyuk 1714-cü il 2 iyulda anadan olub (1714-1787).

3. "Bərabərlik, azadlıq, qardaşlıq" şüarıyla 1789-cu il Fransa İnqilabına ilham mənbəyi olmuş məşhur filosof və yazıçı Jan Jak Russo (Jean-Jacques Rousseau) 1778-ci ilin bu günü 66 yaşında dünyadan köçüb (1712-1778).

4. İngilis fiziki Henri Breqq 1862-ci ilin 2 iyulunda anadan olub. London Kral Cəmiyyətinin prezidenti (1934-1940) olmuş alim kimyəvi elementlərin xarakterik şüalanmasının spektral tərkibini və kristalların quruluşunu tədqiq edib. Bu sahədə uğurlarına görə 1915-ci ildə oğlu Lourens Breqlə birlikdə Nobel mükafatına layiq görülüb (1862-1942).

5. Tanınmış heykəltaraş Pinxos Sabsay 1893-cü il iyulun 2-də dünyaya gəlib. Odessa Rəssamlıq Məktəbi və Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsil almış P.Sabsay 1940-cı ildə Azərbaycan Rəssamlıq Məktəbində heykəltaraşlıq şöbəsinin yaradılmasının təşəbbüsçüsü və rəhbəri olub. Mirzə Fətəli Axundzadənin Bakıdakı abidəsi Pinxos Sabsayın ilk monumental əsəridir. (1893-1980)

6. 2 iyul məşhur Amerika yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminqueyin xatirə günüdür. 1936-1939-cu illərdə İspaniyada azadlıq mübarizəsində iştirak etmiş yazıçı “Əlvida, silah”, “Kilimancaronun qarları” romanları, “Qadınsız kişilər”, “Bizim zəmanəmizdə” hekayələr kitablarında ictimai-siyasi və mənəvi-əxlaqi problemləri, müharibənin insanlara vurduğu amansız yaraların təsirinə geniş yer verib. O, “Qoca və dəniz” povestinə görə Nobel mükafatına layiq görülüb. Ernest Heminquey 1961-ci ilin bu günü ömrünü 62 yaşında intiharla başa vurub (1899-1961).

7. 2 iyul 1892-ci ildə yazıçı, pedaqoq, ictimai xadim Tağı Şahbazi Simurq dünyaya göz açıb(1892-1937). O, Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru (1926-1929-cu illər) olub. Bədii yaradıcılığa gənc yaşlarından başlayan ədib “Ağanın kənizi”, “Azadlıq üçün cinayət”, “Aldanmış ümid” və başqa kitabların müəllifidir. O, 1937-ci il repressiyasının qurbanlarındandır.

8. 2 iyul 1953-cü ildə Əməkdar artist Tofiq Qаrаyev (1953 – 26.10.2013) Ağdamda doğulub. Ağdam Dövlət Dram Teatrının aktyoru olub.

9. 2 iyul 1953-cü ildə Əməkdar artist, müğənni Məhəbbət Kazımov (1953 – 27.1.2014) Laçın rayonunun Çorman kəndində doğulub. “Dan ulduzu” ansamblının solisti olub. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI

Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI

"Ktatau" ləqəbli futbolçu "Zirə"də

"Ktatau" ləqəbli futbolçu "Zirə"də

Eldəniz Məmmədovun ailəsində itki – FOTO

Eldəniz Məmmədovun ailəsində itki – FOTO

Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə aldandı

Protez saç FIRILDAĞI: Bakıda taksi sürücüsü belə aldandı

TÜRKPA Baş katibi ATƏT PA-nın Prezidentini qəbul etdi - FOTO

TÜRKPA Baş katibi ATƏT PA-nın Prezidentini qəbul etdi - FOTO

Şuşada qayaların üzərinə yazılan yazılar silindi - VİDEO

Şuşada qayaların üzərinə yazılan yazılar silindi - VİDEO

Qusarda təcili tibbi yardım maşını qəzaya düşdü - FOTO

Qusarda təcili tibbi yardım maşını qəzaya düşdü - FOTO

Avstraliyada oxuyan azərbaycanlı tələbənin təhsil haqqı problemi nəzarətə götürüldü

Avstraliyada oxuyan azərbaycanlı tələbənin təhsil haqqı problemi nəzarətə götürüldü

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu oldu

Dünən ən çox sevinən onlar idi – VİDEO

Dünən ən çox sevinən onlar idi – VİDEO

Cəlilabad sakinlərinin NƏZƏRİNƏ

Cəlilabad sakinlərinin NƏZƏRİNƏ

Prezidentlə xanımına və Heydər Əliyev Fonduna TƏŞƏKKÜR ETDİ

Prezidentlə xanımına və Heydər Əliyev Fonduna TƏŞƏKKÜR ETDİ

İŞİD tərkibində döyüşən şəxsə hökm oxundu

İŞİD tərkibində döyüşən şəxsə hökm oxundu

Rusiya Ukraynaya silah daşıyan yük gəmisini VURDU

Rusiya Ukraynaya silah daşıyan yük gəmisini VURDU

Ayxan Mirzəzadə Avropa çempionu oldu

Ayxan Mirzəzadə Avropa çempionu oldu

NATO Azərbaycanın 6 il əvvəl işlətdiyi raketlərə İNDİ KEÇİR

NATO Azərbaycanın 6 il əvvəl işlətdiyi raketlərə İNDİ KEÇİR

Cenevrədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi müzakirə olundu

Cenevrədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi müzakirə olundu

End of content

No more pages to load

RADİO