Nazir: “Ürəyi yanan insanlar çapdan əvvəl səhvləri tapsın”

“Bizim dərsliklərdə ciddi məzmun problemi var”.

Bizim.Media xəbər verir ki, bunu “apa.az”a, “trend.az”a və “Xəzər” TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Nəzərə almaq lazımdır ki, biz müxtəlif dillərdə 300-dən çox dərslik çap edirik və “səhvlər” deyəndə hansı səhvlərdən danışdığımız da vacibdir. Dərsliklər, müəyyən mənada, qısa müddətdə hazırlanır. Əvvəllər bu müddət daha qısa idi. İndi isə bu proses bəzi hallarda 2-3 il çəkir. Yəni əvvəlki dövrlərdə 6 ay ərzində kiməsə tapşırıq verilirdi ki, yüz minlərlə uşağın istifadə edəcəyi dərslik hazırlasın.

O dərslikdə səhv olma ehtimalı var idimi? Əlbəttə. İndi isə proses fərqlidir. Dərslik yazılır, sonra ümumtəhsil müəssisələrinə bir illik sınaq üçün göndərilir. Daha sonra müəllimlərdən, şagirdlərdən rəylər toplanılır, dərslik yenidən işlənilir. Ondan sonra müvafiq qurumlara, yəni sahəvi müəssisələrə göndərilir. Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən də rəy verilir. Ən vacibi isə bütün dərsliklər ictimaiyyət üçün açıqdır.
 

Yəni dərslik çap olunmamışdan əvvəl Azərbaycan vətəndaşları onu görə, oxuya və rəy bildirə bilirlər. Ona görə mənim ikinci arqumentim bundan ibarətdir ki, dərslik üçün ürəyi yanan insanlar çapdan əvvəl həmin səhvləri tapsa, bu uşaqlar üçün də, bizim üçün də faydalı olar. Amma dərslik çap olunandan sonra kimsə çay içə-içə orada bir hərf səhvi tapıb bunu Azərbaycan təhsilinin ən böyük problemi kimi təqdim edirsə, mən bunu əhəmiyyətli hesab etmirəm. Dərsliklərdə hərf səhvləri həmişə olub. Məncə, bundan sonra da olacaq.


Həm də biz çox qeyri-müəyyən saylardan danışırıq. Səhv deyəndə neçə səhvdən söhbət gedir? Mənə görə, riyazi olaraq, çox vacibdir ki, neçə səhifə dərslik çap olunur və onun neçəsində səhv var? Amma məndən soruşsanız ki, dərsliklərdə problem varmı? Bəli, bizim dərsliklərdə ciddi problemlər var. O mənada ki, bizim əsas məzmun problemimiz var. Yəni biz oturub fizika, kimya, biologiyanın gələcək nəslə uyğun olub-olmamasının mübahisəsini edək. Burada, daşıdığım vəzifənin funksiyası olmasa da, tənqid edən tərəf də ola bilərəm.

Dərslikdə hansısa mövzu ümumiyyətlə yoxdursa, bu artıq ciddi problemdir. Hansısa mövzu artıqdırsa, bu da ciddi problemdir. Biz bu qədər mövzunu keçməliyikmi? Bəlkə, daha az mövzu keçməliyik? Bəlkə, fərqli mövzular keçməliyik? Bəlkə, Azərbaycan tarixi, Azərbaycan dili, kimya və ya biologiya dərsliklərinə yeni elmi nailiyyətləri daxil etməliyik? Mən nə mediada, nə də ictimai müzakirələrdə bu tip narazı mövqe görmüşəm. Görsəm, çox sevinərdim”, - nazir vurğulayıb.

Qeyd edək ki, müsahibə bu gün saat 20:00-da APA İnformasiya Agentliyində, Trend İnformasiya Agentliyində və “Xəzər” televiziya kanalında yayımlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Mal əti niyə bahalaşır? - VİDEO

Mal əti niyə bahalaşır? - VİDEO

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Beyləqanda elektrik yarımstansiyası YANIR

Beyləqanda elektrik yarımstansiyası YANIR

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

End of content

No more pages to load

RADİO