Evini kirayə verənlərin diqqətinə! — Vəkil riskləri açıqladı

Kirayə mənzillərdə baş verən cinayət hadisələri cəmiyyətdə tez-tez müzakirə olunan hüquqi məsələlərdən biridir. Xüsusilə mənzilin kirayə verildiyi evdə hər hansı ağır cinayət, dələduzluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və ya digər hüquqazidd əməl baş verdikdə, ev sahibinin məsuliyyət daşıyıb-daşımadığı ilə bağlı suallar yaranır.

Bir çox hallarda vətəndaşlar hesab edirlər ki, hadisə kirayə verilən mənzildə baş verdiyinə görə ev sahibi də məsuliyyətə cəlb oluna bilər. Hüquqşünaslar isə bildirirlər ki, məsələ qanunvericilikdə daha fərqli şəkildə tənzimlənir.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı vəkil Emil Aslanov “demokrat.az”a açıqlamasında bildirib ki, belə hallarda əsas meyar cinayətin kim tərəfindən törədilməsi və həmin şəxsin təqsirinin sübuta yetirilməsidir.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təqsirə görə məsuliyyət prinsipi açıq şəkildə təsbit olunub:

"Cinayət Məcəlləsinin 7-ci maddəsində təqsirə görə məsuliyyət prinsipi nəzərdə tutulub. Həmin maddənin 7.1-ci bəndinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə görə təqsiri müəyyən edilmiş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Eyni maddənin 7.2-ci bəndində isə göstərilir ki, şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu o deməkdir ki, ümumi qayda olaraq, hər hansı şəxs cinayət əməlini törətməyibsə, yalnız hadisənin baş verdiyi əmlakın sahibi olduğuna görə məsuliyyət daşıya bilməz".

Vəkil qeyd edib ki, kirayə münasibətlərində də eyni hüquqi prinsip tətbiq olunur. Əgər kirayəçi mənzildə qanunazidd əməl törədibsə, həmin hərəkətə görə məsuliyyət birbaşa cinayəti törədən şəxsin üzərinə düşür.

"Kirayə verilmiş mənzildə hər hansı cinayət hadisəsinin baş verməsi avtomatik olaraq ev sahibinin məsuliyyət daşıması anlamına gəlmir. Hüquqi məsuliyyət konkret olaraq cinayət əməlini törədən və təqsiri sübuta yetirilən şəxsə aiddir. Cinayət qanunvericiliyində fərdi məsuliyyət prinsipi tətbiq olunur və hər kəs yalnız öz əməl və hərəkətlərinə görə cavabdehlik daşıyır".

Emil Aslanov vurğulayıb ki, kirayə verən şəxsin müqavilə bağlamaması və ya vergi öhdəliklərini yerinə yetirməməsi müəyyən hüquqi nəticələr yarada bilər. Lakin bu hallar ayrıca qiymətləndirilir və baş vermiş cinayət hadisəsi ilə birbaşa əlaqələndirilmir.

"Kirayə verən şəxs kirayə müqaviləsi bağlamayıbsa və ya qanunvericiliklə müəyyən edilmiş vergi öhdəliklərini yerinə yetirməyibsə, həmin hallara görə inzibati və ya digər hüquqi məsuliyyət yarana bilər. Lakin bu, avtomatik olaraq cinayət məsuliyyəti demək deyil. Cinayət hadisəsinin baş verməsi ilə müqavilənin olmaması və ya vergi məsələləri ayrı-ayrı hüquqi münasibətlərdir və hər biri ayrıca qaydada araşdırılır".

Vəkilin sözlərinə görə, bəzi hallarda ictimaiyyətdə rieltorların və ya ev sahiblərinin də məsuliyyət daşıması ilə bağlı yanlış təsəvvürlər formalaşır. Halbuki qanunvericilikdə bu məsələyə aydın yanaşma mövcuddur.

"Kirayə verən şəxs və ya rieltorun yalnız mənzili kirayəyə verdiyinə görə cinayət məsuliyyətinə cəlb olunması nəzərdə tutulmur. Cinayət işləri üzrə məsuliyyət təqsirlilik prinsipi əsasında müəyyən edilir. Cinayəti törədən, zərərçəkmiş və digər iştirakçılar qanunla müəyyən olunur və araşdırma da məhz bu çərçivədə aparılır".

Hüquqşünas hesab edir ki, kirayə münasibətlərinin rəsmi qaydada rəsmiləşdirilməsi həm ev sahiblərinin, həm də kirayəçilərin hüquqlarının qorunması baxımından vacibdir. Bu, gələcəkdə yarana biləcək mübahisələrin və hüquqi problemlərin qarşısının alınmasına da kömək edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

End of content

No more pages to load

RADİO