Bakıda aqrar profilli QHT-lərin ictimai müzakirəsi keçirildi - FOTO

“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda aqrar sahə profilli QHT-lərin iştirakı ilə ictimai müzakirə keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində təşkil olunub.

Tədbirdə ilk çıxış edən QHT Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib ki, 2026-cı il mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələr aqrar sahənin inkişafında tam yeni mərhələ yaradır.
 

R.Nəbiyevin sözlərinə görə, Azərbaycan Prezidentinin kənd təsərrüfatının inkişafına dair konkret hədəfləri olan, dövlət və özəl sektorun imkanlarını vahid platformada birləşdirən yeni Dövlət Proqramının hazırlanması ilə bağlı tapşırıqları ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, idxaldan asılılığın azaldılması və yerli istehsalın rəqabət qabiliyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.


O, bildirib ki, aqrar profilli QHT-lər də ideya və təklifləri, bu prosesdə fəal iştirak etməli, dərinləşdirilən islahatlara layiqli töhfə verməlidir. QHT Agentliyinin Müşahidə Şurasının üzvü onu da açıqlayıb ki, aqrar sahədə mövzular QHT Agentliyinin növbəti qrant müsabiqələrində əsas istiqamətlərdən biri olacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Bağış Əhmədov “Aqrar sektorda artım və ixrac perspektivləri” mövzusunda çıxış edib. O, vurğulayıb ki, kənd təsərrüfatı ölkə üzrə ÜDM-də 5,9% paya malik olsa da, kənd yerlərinin inkişafında məşğulluğun və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir.

B.Əhmədov onu da vurğulayıb ki, 2030-cu ildə Azərbaycanda kənd təsərrüfatında yaranan əlavə dəyərin 2025-ci ilə nisbətən ən azı 10,4% artacağı gözlənilir ki, bu da əsasən ixrac hesabına təmin ediləcək. Belə ki, qeyd edilən dövrdə kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının təxminən 34% artacağı proqnozlaşdırılır. 
 

Daha sonra çıxış edən İtaliya-Azərbaycan Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin müəllimi, professor Sahil Quliyev aqrar sahədə elmi innovasiyaların tətbiqinin, iqlim dəyişmələrinə uyğunlaşma tədbirlərinin genişləndirilməsinin, müasir texnologiyaların və rəqəmsal həllərin istehsal proseslərinə inteqrasiyasının vacibliyini qeyd edib.


O, aqrar təhsil, elmi-tədqiqat müəssisələri və fermerlər arasında əməkdaşlığın gücləndirilməsinin sektorun dayanıqlı inkişafına mühüm töhfə verəcəyini bildirib və bu prosesdə QHT-lərin də roluna diqqət çəkib. Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri Mürvət Həsənli təmsil etdiyi Şurada aqrar sahə üzrə mühüm vətəndaş cəmiyyəti institutlarının cəmləşdiyini bildirib.

O, Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının, “Peşəkar Arıçılar” İctimai Birliyinin, Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Azərbaycan Gül İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Azərbaycan Taxıl İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyasının, Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının, o cümlədən Azərbaycan Dövlət Aqrar Universitetinin təmsilçisinin Şuranın tərkibində yer aldığını diqqətə çatdırıb.
 

M.Həsənli fermerlərin problemlərinin vaxtında öyrənilməsi, təkliflərin aidiyyəti dövlət qurumlarına çatdırılması və qərarların qəbulunda ictimai iştirakçılığın təmin edilməsinin əhəmiyyətini vurğulayıb. 


Müzakirədə aqrar sahədə fəaliyyət göstərən QHT nümayəndələri kənd təsərrüfatının müxtəlif istiqamətlərinə dair mülahizələrini bölüşüb, təkliflərini səsləndiriblər.

“Azərbaycan Trüfel İstehsalçılarının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Lalə Həmidova qeyd edib ki, yüksək gəlirliyini olan trüfel istehsalının genişləndirilməsi üçün ölkədə böyük imkanlar yaranıb.

“Azərbaycanın kənd təsərrüfatının inkişafında yeni prioritetlər” mövzusunda aqrar sahə profilli QHT-lərin iştirakı ilə təşkil edilmiş ictimai müzakirələrdə o da qeyd olunub ki, mediada, xüsusilə radiolarda aqrar sahə üzrə məlumatlılığın artırılmasına, bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyəti təsisatlarının fikirlərinin yayılmasına ehtiyac vardır.

QHT Agentliyinin dəvəti ilə müzakirələrdə respublikanın bir sıra aparıcı radio kanallarının rəhbər şəxsləri də iştirak edib.









Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

End of content

No more pages to load

RADİO