Oğuzda irigövdəli ağac magistral yola aşıb.
Bizim.Media xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, güclü külək və yağış nəticəsində irigövdəli ağac magistral yola aşıb. Bu zaman yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.
Aidiyyəti qurum tərəfindən ağac doğrabaraq ərazidən götürüldəkdən sonra hərəkət bərpa olunub.
Hazırda rayonda qeyri-sabit hava şəraiti davam edir. (Lent.az)
Bizim.Media