Laçında yeni yaşayış məhəllələri salınır

Laçın şəhərində növbəti iri yaşayış layihəsinin icrasına başlanılır. Şəhərin inzibati ərazisində inşa ediləcək "Yeni Yaşayış Məhəlləsi" həm mənzil fondunun genişləndirilməsi, həm də yerli əhalinin məşğulluq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bizim.Media xəbər verir ki, bu barədə Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.

Artıq layihə üzrə hazırlıq və mobilizasiya işlərinə start verilib. Tikinti müddəti 24 ay olaraq müəyyənləşdirilib. Hazırda ərazidə şaquli planlama və tikinti sahəsinin hazırlanması istiqamətində işlər aparılır.  
 

Ümumi sahəsi 57 470 kvadratmetr olan yeni yaşayış məhəlləsi Laçının şəhərsalma konsepsiyasına uyğun şəkildə layihələndirilib. Burada yalnız yaşayış binalarının deyil, sakinlərin rahatlığı və sosial rifahı üçün zəruri olan ictimai məkanların da yaradılması nəzərdə tutulur. Layihə çərçivəsində idman meydançaları, uşaq oyun sahələri, söhbətgahlar, yaşıllıq zolaqları və istirahət məkanları salınacaq.


"Layihəyə əsasən, ərazidə ümumilikdə 19 çoxmənzilli yaşayış binası inşa ediləcək. Bunlardan 11-i ikibloklu, 8-i isə birbloklu olacaq. Binalar 3, 4 və 5 mərtəbədən ibarət olmaqla ümumilikdə 340 mənzili əhatə edəcək.

Mənzil fondu müxtəlif ailə tərkiblərinin ehtiyacları nəzərə alınaraq formalaşdırılıb. Layihədə 57 ədəd birotaqlı, 122 ədəd ikiotaqlı, 98 ədəd üçotaqlı, 44 ədəd dördotaqlı və 19 ədəd beşotaqlı mənzilin tikilməsi nəzərdə tutulur.

Məhəllənin mühüm üstünlüklərindən biri də yaşayış və iqtisadi fəaliyyət imkanlarının bir arada yaradılmasıdır. Belə ki, çoxmənzilli binaların zirzəmi hissələri avtomobil dayanacağı kimi layihələndirilib. Eyni zamanda 10 yaşayış binasının birinci mərtəbəsində qeyri-yaşayış və ticarət sahələri nəzərdə tutulub. Bundan əlavə, ayrıca fərdi ticarət obyekti də inşa ediləcək.
 

Ümumilikdə 3 500 kvadratmetr sahənin ticarət və xidmət obyektləri üçün ayrılması gələcəkdə yeni biznes təşəbbüslərinin formalaşmasına, xidmət sektorunun genişlənməsinə və əlavə məşğulluq imkanlarının yaranmasına şərait yaradacaq.


Layihənin sosial-iqtisadi əhəmiyyətini artıran əsas məqamlardan biri isə tikinti prosesində yerli sakinlərin məşğulluğuna üstünlük verilməsidir. Satınalma şərtlərinə uyğun olaraq qalib podratçı şirkətə tikinti işləri zamanı yerli əmək resurslarından istifadə etməsi tövsiyə olunub.

Bu yanaşma layihənin yalnız tikinti infrastrukturu ilə məhdudlaşmadığını, eyni zamanda bölgədə iqtisadi aktivliyin yüksəldilməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət etdiyini göstərir.

Layihənin icrası tikinti sektorunda çalışan peşə sahibləri üçün yeni əmək imkanları yaradacaq, gələcəkdə fəaliyyət göstərəcək ticarət və xidmət obyektləri isə daimi məşğulluğun formalaşmasına töhfə verəcək.

Laçında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proqramının tərkib hissəsi olan "Yeni Yaşayış Məhəlləsi" şəhərin müasir inkişaf konsepsiyasına uyğun yaşayış mühitinin formalaşdırılmasına, iqtisadi canlanmanın sürətlənməsinə və sakinlərin rifahının yüksəlməsinə xidmət edəcək. Layihənin tamamlanması ilə şəhərin yaşayış fondu daha da genişlənəcək, sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar yaranacaq və bölgənin sosial-iqtisadi inkişafına əlavə təkan veriləcək", - məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

100 illik ev alıb bu hala saldılar – FOTO

100 illik ev alıb bu hala saldılar – FOTO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

İki cüdoçumuz 1/8 finala yüksəldi

İki cüdoçumuz 1/8 finala yüksəldi

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

End of content

No more pages to load

RADİO