Şüvəlanda “qeyri-adi” abidə süni intellekt vasitəsilə yaradılıbmış – FOTO

Sosial şəbəkələrdə Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşdiyi, Teymur bəy Aşurbəyovun mülkü olduğu və hazırda dağılmaq təhlükəsi ilə üzləşdiyi iddia edilən tikili ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti açıqlama yayıb.

“Bildiririk ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən sözügedən ərazidə yerləşən tarixi abidələrin mühafizəsinə daimi nəzarət olunur. Paylaşımda istifadə edilən görüntülər süni intellekt vasitəsilə yaradılıb və ölkəmizdə belə bir tarixi abidə və ya tikili mövcud deyil.

Sözügedən paylaşımın müəllifi Gülnarə Novruzova ilə əlaqə saxlanılıb, o da məlumatın mənbəyinin qeyri-müəyyən olduğunu, fotoların özü tərəfindən hazırlanmadığını etiraf edib.

Xəzər rayonu ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq olunan daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısında malikanələr olaraq Teymur Quliyevin bağı (2574 inventar nömrəli), İsa bəy Hacınskinin bağ evi (2575 inventar nömrəli), Şəmsi Əsədullayevin bağ evi (2576 inventar nömrəli), Əziz bəy Aşurbəyovun bağ evi (2577 inventar nömrəli) və H.Z.Tağıyevin bağ evi (2579 inventar nömrəli) yer alıb.
 

Qeyd olunan ərazidə yerləşən yeganə malikanə Kərbəlayi İsrafil Hacıyevin bağ evi (foto əlavə olunur) hələlik sözügedən siyahıya daxil edilməyib.


Lakin həmin bağ evinin də dövlət mühafizəsinə götürülməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası çərçivəsində baxılıb və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən müsbət rəy verilib.

Eyni zamanda, paylaşılan məlumatlarda qeyd olunan 2117 inventar nömrəsi İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində - A.Zeynallı küçəsi 57 ünvanında yerləşən binaya aid olub.

Tarixi abidələrimizin qorunmasına həssaslıqla yanaşan, bu sahədə diqqətli mövqe nümayiş etdirən və ictimai nəzarətin güclənməsinə töhfə verən bütün vətəndaşlara təşəkkürümüzü bildirir, eyni zamanda, mədəni irslə bağlı hər hansı müdaxilə faktı, abidələrə dair narahatlıq doğuran hallarla qarşılaşdıqda qaynar xəttimizə (147-yə) məlumat vermələri xahiş olunur”, - açıqlamada qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Yollarda görünüş 500 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi - VİDEO

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

SON DƏQİQƏ: Türkiyədə 4,8 bal gücündə zəlzələ oldu

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Cəbrayılda Şəhər Günü keçirildi - FOTO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatının finalında - VİDEO

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Yunanıstan Bolqarıstana çar Samuilin qalıqlarını VERDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

Kadırov ona ordu generalı rütbəsi verilməsini ŞƏRH ETDİ

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

“Fənərbağça” Azərbaycana təşəkkür etdi

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Pegasus 154 milyon avroya iki Avropa aviaşirkətini satın aldı

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

Bakıda keçirilən dünya çempionatı: Əhməd Yusifov yarımfinala yüksəldi

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

“Flydubai” hadisə ilə bağlı ittihamlara belə CAVAB VERDİ

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Maks Ferstappen Malayziya Qran-prisinin qalibi oldu

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Şröder Rusiyada yeni vəzifəyə təyin olundu – Almaniyada etirazlar artır

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Trampın təklifi ilə Mask süni intellektin adını DƏYİŞDİ

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Cüdo üzrə dünya çempionatı: Əhməd Yusifov 1/4 finalda

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

Dünyanın ən qədim lampası 125 ildir yanır – Sirri nədir?

100 illik ev alıb bu hala saldılar – FOTO

100 illik ev alıb bu hala saldılar – FOTO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva 1/8 finala vəsiqə qazandı

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

Ukrayna Yaponiyadan Patriot üçün raketlər alacaq?

İki cüdoçumuz 1/8 finala yüksəldi

İki cüdoçumuz 1/8 finala yüksəldi

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Rusiya Kiyevə zərbələrlə nə əldə etmək istəyir? - Ekspertdən AÇIQLAMA

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Onlar sevgilərini elan etdilər! - İlk FOTO gəldi

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Meşədə 1939-cu ilə aid telefonlar tapıldı: 80 ildən çox torpaqda qalıblar - FOTO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

Luka Modriç: "20 ildir millidəyəm, ilk dəfədir utanıram" - VİDEO

End of content

No more pages to load

RADİO