Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, qəza Bəhrəmtəpə–Mingəçevir avtomobil yolunda qeydə alınıb.
Belə ki, "VAZ-21015" markalı avtomobillə "Mercedes" markalı nəqliyyat vasitəsi toqquşub. Zərbənin təsirindən "Mercedes" idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.
Hadisə nəticəsində 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar 1994-cü il təvəllüdlü Orxan Babayev, 2004-cü il təvəllüdlü Röyal Hacıyev, 2007-ci il təvəllüdlü Ayxan Hətəmov, 2007-ci il təvəllüdlü Mirşahin Nəcəfli, 1979-cu il təvəllüdlü Efras Paşayev, 1990-cı il təvəllüdlü Rabella Həmidova, 2018-ci il təvəllüdlü Ömər Həmidzadə, 1964-cü il təvəllüdlü Səkurə Həmidova, 1963-cü il təvəllüdlü Həmid Həmidov və 1988-ci il təvəllüdlü Kamandar Həmidovdur.
Yaralılar Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media