Həkim xəstəni dinləyir, yoxsa analizləri? – Müasir tibbin dəyişən MƏNZƏRƏSİ

Əvvəllər xəstələrin müraciət edəndə həkim onları dinləyir, söhbətləşir, çoxlu sallar verirdi. Bədənin müxtəlif nayihələrinə toxunmaqla qərar verirdi.

Amma indi xəstə həkimin otağına girən kimi ona uzun bir siyahı verilir ki, “get bunlardan analiz ver, müayinələrdən keç, sonra gəl”.

Beləcə həkim xəstəyə yox, analiz və müayinələrinin cavabına daha çox inanaraq müalicə yazır.

Bu cür vəziyyətin yaranmasına səbəb nədir: tibbi texnologiyaların inkişafı, yoxsa həkimlərin dəyişən yanaşması?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyir ki, müasir tibbdə tibbi cihazlara, tibbi avadanlıqlara, tibbi vasitələrə ehtiyac get-gedə artmaqdadır:

“Bu da texnologiyanın rolunun vacib amilə çevrildiyini göstərir. Yəni “həkim artıq xəstəni yox, cihazı dinləyir” kimi düşüncələr yaradır. Amma məsələnin kökündə bir neçə mühüm səbəb dayanır.

Əvvəllər bir çox xəstəlik yalnız klinik əlamətlərə əsasən tanınırdı. İndi isə yüzlərlə yeni xəstəlik, sindrom və gizli gedən patologiyalar məlumdur. Bunların bir qismini yalnız analiz, KT, MRT, USM və digər texnologiyalar aşkar edə bilir. Ürək ritminin pozğunluğu, damar tıxanıqlığı, erkən mərhələdə şişlər, daxili qanaxmalar kimi ciddi patologiyalarda cihazlar  gözlə görünməyən, anamnez sorğusu zamanı diqqətdən yayınan dəyişiklikləri dəqiq ölçür.

İnsan təcrübəsi çox vacibdir, amma  bəzən insan yanılır və yaxud diqqətindən nəyisə qaçıra bilir. Bu hallarda texniki vasitələrlə diaqnostika həyati əhəmiyyət daşıyır”.

Diaqnoz necə qoyulur?

Müsahibimiz qeyd edib ki, çox vaxt pasiyentlər “nəyə əsasən bu diaqnozu qoydunuz?” sualı verir və  sübut tələb edir:

“Analiz və görüntüləmə nəticələri həm xəstəni əmin edən, həm də həkimi qoruyan obyektiv sənəd sayılır. O səbəbdən də texnoloji vasitələrin köməkliyi ilə aparılan müayinələrin cavabına ciddi ehtiyac duyulur. İndi bir çox pasiyentlər “analizsiz diaqnoza” tam güvənmir. İnsanlar konkret nəticə, şəkil və rəqəm görmək istəyirlər.

Texnologiyaya həddindən artıq bağlılıq yaranması reallıqdır. Təcrübəli həkimin klinik düşüncəsi zəifləyəndə və ya vaxt az olanda bəzi hallarda artıq analiz istənilir. Halbuki yaxşı həkim əvvəl xəstəni dinləyir, müayinə edir, sonra lazım olan müayinələri seçir. Əslində ideal yanaşma “ya bilik, ya cihaz” deyil. Ən güclü həkim klinik təcrübəni, müşahidəni,  xəstə ilə ünsiyyəti və müasir texnologiyanı birlikdə istifadə edən həkimdir. Çünki cihaz diaqnostikaya kömək edir, amma qərarı yenə insan verir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda "Chevrolet"lə "avtoşluq" etdi, tutuldu – VİDEO

Bakıda "Chevrolet"lə "avtoşluq" etdi, tutuldu – VİDEO

Alsunun şirkəti bağlandı

Alsunun şirkəti bağlandı

Avropa çempionatı: Azərbaycan millisi İtaliyanı məğlub edərək növbəti mərhələyə yüksəldi – FOTO

Avropa çempionatı: Azərbaycan millisi İtaliyanı məğlub edərək növbəti mərhələyə yüksəldi – FOTO

Alçanın bu xeyrini bilirdiniz?

Alçanın bu xeyrini bilirdiniz?

Son 10 ilin ən yaxşı 5 serialı

Son 10 ilin ən yaxşı 5 serialı

Türkiyədə ZƏLZƏLƏ baş verdi

Türkiyədə ZƏLZƏLƏ baş verdi

"Bağda gördüyüm ilanı öpüb tumarladım"

"Bağda gördüyüm ilanı öpüb tumarladım"

“Qarabağ” “Srvena Zvezda”nın hücumçusu ilə danışıq aparır

“Qarabağ” “Srvena Zvezda”nın hücumçusu ilə danışıq aparır

SON DƏQİQƏ! Türkiyədə turist gəmisi batdı – VİDEO

SON DƏQİQƏ! Türkiyədə turist gəmisi batdı – VİDEO

Sumqayıtda ağır QƏZA: Xəsarət alanlar var – VİDEO

Sumqayıtda ağır QƏZA: Xəsarət alanlar var – VİDEO

Cəmi 1 ilə məhsul verir - Qazancı milyonlarladır

Cəmi 1 ilə məhsul verir - Qazancı milyonlarladır

Qobustanda “Makarov” gəzdirən şəxs həbs edildi – FOTO

Qobustanda “Makarov” gəzdirən şəxs həbs edildi – FOTO

DYP-dən yağışlı hava ilə bağlı sürücülərə MÜRACİƏT

DYP-dən yağışlı hava ilə bağlı sürücülərə MÜRACİƏT

Ermənistanın avrointeqrasiya kursuna Aİİ ölkələrindən BİRGƏ REAKSİYA - FOTO

Ermənistanın avrointeqrasiya kursuna Aİİ ölkələrindən BİRGƏ REAKSİYA - FOTO

"Karvan-Yevlax" baş məşqçisi ilə yollarını ayırdı

"Karvan-Yevlax" baş məşqçisi ilə yollarını ayırdı

Niyə bəziləri kasıblıqdan qurtula bilmir? – Pulla bağlı edilən səhvlər

Niyə bəziləri kasıblıqdan qurtula bilmir? – Pulla bağlı edilən səhvlər

Atasının soyadından imtina edir- Fotolar

Atasının soyadından imtina edir- Fotolar

Doğru bildiyiniz 5 yanlış - Sizi çətin vəziyyətdən qurtaracaq

Doğru bildiyiniz 5 yanlış - Sizi çətin vəziyyətdən qurtaracaq

Dörd ölkədən Ermənistana qarşı birgə BƏYANAT

Dörd ölkədən Ermənistana qarşı birgə BƏYANAT

Evin girişinə duz səpmək nə üçündür? — Maraqlı adətin səbəbi açıqlandı

Evin girişinə duz səpmək nə üçündür? — Maraqlı adətin səbəbi açıqlandı

Yağıntılı hava nə vaxtadək DAVAM EDƏCƏK?

Yağıntılı hava nə vaxtadək DAVAM EDƏCƏK?

Kişilər onları görəndə başlarını itirirlər: Qadın enerjisi ən güclü olan 5 BÜRC

Kişilər onları görəndə başlarını itirirlər: Qadın enerjisi ən güclü olan 5 BÜRC

Aliçe Mina və Vladimiro Selvadan İlham Əliyevə MƏKTUB

Aliçe Mina və Vladimiro Selvadan İlham Əliyevə MƏKTUB

Bu dəfə Peskov Ermənistanı HƏDƏF ALDI – “Avrointeqrasiya istəyirlərsə...”

Bu dəfə Peskov Ermənistanı HƏDƏF ALDI – “Avrointeqrasiya istəyirlərsə...”

End of content

No more pages to load

RADİO