ADNSU rektoru Ümumdünya Şəhərsalma Forumunda dayanıqlı inkişaf mövzusunda paneldə çıxış edib - FOTO

Ümumdünya Şəhərsalma Forumu çərçivəsində keçirilən “Su-Ağıllı Şəhərlər: Potensialın İnkişafı Vasitəsilə Şəhər Dayanıqlığının Gücləndirilməsi” mövzusunda ekspert panelində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov universiteti təmsil edib.

Panel çərçivəsində şəhər dayanıqlığı, su idarəçiliyi, iqlim dəyişikliklərinə adaptasiya, ağıllı şəhər yanaşmaları və bu sahədə insan kapitalının inkişafı ilə bağlı mühüm məsələlər müzakirə olunub.

Rüfət Əzizov çıxışı zamanı ADNSU-nun son illərdə dayanıqlı inkişaf hədəfləri istiqamətində həyata keçirdiyi beynəlxalq proqram və təşəbbüslər barədə məlumat verib.

Qeyd olunub ki, ADNSU və Strasburq arasında həyata keçirilən ikili diplom magistratura proqramı su resurslarının idarə olunması sahəsini əhatə edir. Eyni zamanda Böyük Britaniyanın Vorvik Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom magistratura proqramı alternativ enerji resursları istiqamətində ixtisaslaşmış kadr hazırlığını hədəfləyir.
 

Paneldə həmçinin ADNSU-nun “United Arab Emirates University” ilə həyata keçirdiyi 5 tədqiqat layihəsi və Oksford Universiteti ilə əməkdaşlıq çərçivəsində universitetin “Global Climate Challenge” müsabiqəsində iştirakı barədə də məlumat verilib. Bildirilib ki, sözügedən müsabiqəyə dünyanın 70 ölkəsindən 2000-dən çox layihə təqdim olunub.


Forum çərçivəsində təşkil olunan beynəlxalq sərgidə ADNSU-nun stendi də növbəti gün ziyarətçilərin böyük marağı ilə qarşılanıb. Müxtəlif ölkələrdən olan qonaqlar, ekspertlər və iştirakçılar universitetin innovasiya ekosistemi, beynəlxalq əməkdaşlıqları və tələbə təşəbbüsləri ilə yaxından tanış olublar.

Universitetin stendində ADNSU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli, şöbənin baş mütəxəssisi Günel Tağıyeva və tələbə-startapçı İsmayıl Hacıyev ziyarətçiləri qarşılayaraq universitet barədə ətraflı məlumat təqdim ediblər.

Sərgidə nümayiş olunan layihələrdən biri ADNSU-nun Biznes Administrasiyası proqramının II kurs tələbəsi İsmayıl Hacıyevin təsis etdiyi “AIRT” (Azerbaijan Intelligent Robotics Technologies) startapıdır.

Layihə neft və qaz sənayesində təhlükəli sahələrdə avtonom inspeksiya proseslərinin həyata keçirilməsi üçün robot texnologiyalarının tətbiqini nəzərdə tutur.

Forum çərçivəsində təqdim olunan digər layihə isə ADNSU-nun İnformasiya Təhlükəsizliyi fakültəsinin I kurs tələbəsi Arzu Balakişiyevanın müəllifi olduğu “Green Ozone” layihəsidir.

Layihə günəş enerjisi ilə işləyən smart ozonator vasitəsilə suyun təmizlənməsini təmin edən innovativ və ekoloji yönümlü həll modeli təqdim edir.

Qeyd edək ki, mayın 22-dək davam edəcək Ümumdünya Şəhərsalma Forumu urbanizasiya, dayanıqlı inkişaf, iqlim çağırışları və gələcəyin şəhərləri ilə bağlı beynəlxalq müzakirələr üçün mühüm platforma hesab olunur.


































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Ermənistanda iki polis güllələndi

Ermənistanda iki polis güllələndi

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

Rusiyada ZƏLZƏLƏ oldu

Rusiyada ZƏLZƏLƏ oldu

ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

Dünya çempionatı: Bu gün 4 cüdoçumuz mübarizəyə başlayır - FOTO

Dünya çempionatı: Bu gün 4 cüdoçumuz mübarizəyə başlayır - FOTO

Siqareti azaltmaq istəyirdilər, daha çox satıldı

Siqareti azaltmaq istəyirdilər, daha çox satıldı

Arvadına xəsarət yetirdi, polisə təslim oldu

Arvadına xəsarət yetirdi, polisə təslim oldu

Yağışa görə yollarda endirilən sürət həddi bərpa olundu

Yağışa görə yollarda endirilən sürət həddi bərpa olundu

Ağstafada iki qardaş kafedə xəsarət aldı

Ağstafada iki qardaş kafedə xəsarət aldı

Rusiya Ukraynaya zərbələr üçün yeni silah hazırlayıb – Forbes

Rusiya Ukraynaya zərbələr üçün yeni silah hazırlayıb – Forbes

Moskva Krım körpüsünün müdafiəsini gücləndirdi

Moskva Krım körpüsünün müdafiəsini gücləndirdi

Əhəd ABIYEV Əli Kərimli ilə bağlı SENSASİON FAKTLARI AÇIQLADI – MÜSAHİBƏ

Əhəd ABIYEV Əli Kərimli ilə bağlı SENSASİON FAKTLARI AÇIQLADI – MÜSAHİBƏ

Bu gün Yer kürəsini 6 ballıq maqnit qasırğası vuracaq

Bu gün Yer kürəsini 6 ballıq maqnit qasırğası vuracaq

Türkiyənin türk dövlətləri ilə ticarəti 72,2 milyard dollara çatdı

Türkiyənin türk dövlətləri ilə ticarəti 72,2 milyard dollara çatdı

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq

Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq

Fransada 500-ə yaxın məktəb etirazlar səbəbindən bağlanacaq - VİDEO

Fransada 500-ə yaxın məktəb etirazlar səbəbindən bağlanacaq - VİDEO

Ancelina Coli Qəzzadakı dağıntıların miqyasını Google Earth vasitəsilə göstərdi - FOTO

Ancelina Coli Qəzzadakı dağıntıların miqyasını Google Earth vasitəsilə göstərdi - FOTO

"Google"dən "Gemini Pro" modeli ilə bağlı AÇIQLAMA: Bu tarixdən etibarən...

"Google"dən "Gemini Pro" modeli ilə bağlı AÇIQLAMA: Bu tarixdən etibarən...

“Bitcoin”in qiyməti 86 min dolları ötdü

“Bitcoin”in qiyməti 86 min dolları ötdü

Millətlər Liqası: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı

Millətlər Liqası: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı

Gürcüstanda azərbaycanlı qətlə yetirildi - FOTO

Gürcüstanda azərbaycanlı qətlə yetirildi - FOTO

End of content

No more pages to load

RADİO