Bakıda yeni YOL ÇƏKİLİR

"Mühüm layihələrdən biri də Akademik Həsən Əliyev küçəsi ilə metronun "Koroğlu" stansiyası arasında yeni yol bağlantısının yaradılmasıdır".

Bizim.Media xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin institusional inkişaf məsələləri üzrə müşaviri Fariz Əzizov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Bakının Baş Planı 2040 - Yeni inkişaf dövrü" adlı tədbirdə deyib.

O bildirib ki, hazırda layihənin təxminən 50 faizi tamamlanıb:

"Bu layihə Bakının ən yüklənmiş nəqliyyat dəhlizlərindən birində həyata keçirilir. Layihəyə dörd tunel, yeraltı keçidlər, piyada keçidləri və inteqrasiya olunmuş hərəkət həlləri daxildir. Məqsəd şəhərin müxtəlif hissələri arasında alternativ nəqliyyat marşrutu yaratmaq, əsas prospektlərdəki nəqliyyat yükünü azaltmaq və şəhər mərkəzində mobilliyi yaxşılaşdırmaqdır.

Bu layihə nəqliyyat axınlarının səmərəliliyini artıracaq, həm də şəhər mühitinə müsbət təsir göstərəcək.

Eyni zamanda, müasir şəhər yalnız avtomobillər üçün deyil, insanlar üçün layihələndirilməlidir. Buna görə də piyada təhlükəsizliyi və əlçatanlıq dövlət proqramının, eləcə də agentliyimizin əsas prioritetlərindən biridir".

Fariz Əzizov əlavə edib ki, Çinarlar yaşayış kompleksi ilə ətraf küçələri birləşdirən nəqliyyat və piyada tunelləri kimi layihələr məhz insanmərkəzli yanaşmanı nümayiş etdirir:

"Bu yanaşmada nəqliyyat infrastrukturu yalnız hərəkəti təmin etmir, həm də insanların rahatlığını və təhlükəsizliyini artırır. Həmçinin Həsən Əliyev küçəsi ilə digər əsas magistralları birləşdirəcək yeni yol bağlantıları alternativ marşrutların formalaşdırılmasına və şəhər üzrə nəqliyyat axınlarının daha rasional şəkildə bölüşdürülməsinə kömək edəcək.

Bu layihələrin hər biri ayrıca əhəmiyyət daşısa da, onların əsas gücü bütün tərəfdaş qurumlarla birlikdə vahid və inteqrasiya olunmuş metropoliten mobillik sisteminin yaradılmasındadır. Çünki müasir şəhər inkişafı bu gün yalnız ayrı-ayrı infrastruktur layihələrinin həyata keçirilməsini deyil, həm də onların vahid sistem kimi əlaqələndirilməsini tələb edir". (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ancelina Coli Qəzzadakı dağıntıların miqyasını Google Earth vasitəsilə göstərdi - FOTO

Ancelina Coli Qəzzadakı dağıntıların miqyasını Google Earth vasitəsilə göstərdi - FOTO

"Google"dən "Gemini Pro" modeli ilə bağlı AÇIQLAMA: Bu tarixdən etibarən...

"Google"dən "Gemini Pro" modeli ilə bağlı AÇIQLAMA: Bu tarixdən etibarən...

“Bitcoin”in qiyməti 86 min dolları ötdü

“Bitcoin”in qiyməti 86 min dolları ötdü

Millətlər Liqası: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı

Millətlər Liqası: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı

Gürcüstanda azərbaycanlı qətlə yetirildi - FOTO

Gürcüstanda azərbaycanlı qətlə yetirildi - FOTO

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

“Nobel həftəsi” başlayır - Bu gün tibb üzrə qalib elan ediləcək

“Nobel həftəsi” başlayır - Bu gün tibb üzrə qalib elan ediləcək

Braziliyada prezident seçkiləri sona çatdı: Təkrar səsvermə olacaq - VİDEO

Braziliyada prezident seçkiləri sona çatdı: Təkrar səsvermə olacaq - VİDEO

10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı

10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı

Millətlər Liqası: Portuqaliya 1/4 finalına vəsiqə qazandı - VİDEO

Millətlər Liqası: Portuqaliya 1/4 finalına vəsiqə qazandı - VİDEO

Vətən müharibəsinin xronikası: 5 oktyabr - VİDEO

Vətən müharibəsinin xronikası: 5 oktyabr - VİDEO

Həmin partlayış bu antiperspirantlara görə olubmuş - Video

Həmin partlayış bu antiperspirantlara görə olubmuş - Video

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

6 il öncə Bərdə vuruldu

6 il öncə Bərdə vuruldu

End of content

No more pages to load

RADİO