Borçalıda bayram AB-HAVASI – Soydaşlarımız İlham Əliyevə belə TƏŞƏKKÜR ETDİLƏR

Xəbər verdiyimiz kimi, Azərbaycan və Gürcüstan mayın 26-dan Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.

Bu hadisə hər iki xalqın böyük sevincinə səbəb olub. Xüsusilə Borçalıda yaşayan soydaşlarımız üçün bu xəbər ikiqat müjdəyə çevrilib.

Bizim.Media Bakı-Tbilisi-Bakı reysinin bərpası ilə bağlı Gürcüstanda yaşayan tanınmış azərbaycanlı ziyalıların və ictimai xadimlərin fikirlərini öyrənib.

Borçalıda əsl bayram ovqatı

Gürcüstan azərbaycanlıları konqresinin sədri Hüseyn Yusubov deyib ki, Bakı-Tbilisi-Bakı sərnişin qatarının açılması çox mühüm hadisədir:

“Bu şad xəbəri biz illərlə gözləmişik. Nəzərə alaq ki, Gürcüstanla Azərbaycan bütün sahələr üzrə bir-birinə inteqrasiya olmuş ölkələrdir. Eyni zamanda iki ölkə strateji tərəfdaşdır. Bu mənada iki ölkənin bütün məsələlərdə eyni mövqedən çıxış etməsi vacib faktordur. Azərbaycanla Gürcüstan çox asan şəkildə bütün məsələlərdə anlaşa bilir. Bu faktor da həm dövlətlərin, həm də xalqların maraqlarına işləyir.

Təsadüfi deyil ki, sərnişin qatarının bərpası Borçalıda əsl bayram ovqatı yaradıb. O gün Saraclı kəndində keçirilən bir tədbirdə bu xəbəri söyləyəndə insanların sevinc səsləri göylərə yüksəldi. Çünki xalqlarımız bunu gözləyirdi. Bilirdilər ki, iki dost dövlətin müdrik liderləri bu qərarı verəcək. Gürcüstan azərbaycanlıları konqresi adından ötən gün bəyanat yaydıq və Azərbaycan Prezidentinə və Gürcüstanın baş nazirinə göstərdikləri qətiyyətə görə minnətdarlığımızı bildirdik. Bu tarixi hadisədir”.

“Bu qərar Azərbaycan Prezidentinin Gürcüstanda yaşayan azərbaycanlılara qayğısıdır”

Gürcüstanlı azərbaycanlıları ağsaqqallar şurasının sədri İsak Novruzov isə bildirib ki, nəhayət, Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi ilə bu problem aradan qalxdı:

“Bir neçə gün sonra Bakı-Tbilisi-Bakı sərnişin qatarı öz fəaliyyətini bərpa edəcək. Bu təkcə sərnişindaşıma sahəsində əldə olunan uğur deyil, bu Azərbaycan-Gürcüstan əlaqələrinin dərinləşməsində və şaxələndirilməsində mühüm bir hadisədir. Bundan sonra Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər öz vətənlərinə rahat şəkildə gedib-gəlmələri üçün bir fürsət qazanıblar.

Bu ilk növbədə Azərbaycan Prezidentinin və Gürcüstanın baş nazirinin müdrik qərarının nəticəsidir. Bakıdakı son görüşdə hər iki lider hər iki dövlətin və xalqın maraqlarından çıxış edərək belə bir qərar verdilər. Bu qərar Azərbaycan Prezidentinin Gürcüstanda yaşayan azərbaycanlılara qayğısıdır, dəstəyidir. Bütün bunlara görə dərin minnətdarlığımızı bildiririk”.

Professor Mahmud Kamaloğlu da dəmir yolu ilə sərnişindaşımanın bərpasını sevinclə qarşılayıb:

“Pandemiya ilə bağlı 2020-ci ildə Azərbaycanın quru sərhədləri bağlandı. Sonra 44 günlük müharibə oldu. Azərbaycan öz ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa eləsə də, müstəqilliyimiz üçün müəyyən təhdidlər qalırdı. Ona görə də quru yolunun açılması uzandı. Daha sonra şimal qonşularımızda və ən nəhayət Yaxın Şərqdə baş verən müharibələr quru sərhədlərinin bir müddət bağlı qalmasını zəruri etdi. Nəhayət yaranmış sabitliyi nəzərə alaraq iki ölkə lideri dəmir yolu ilə sərnişindaşımaya başlanılmasına qərar verdilər.

Bu məsələdə mən ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Çünki o tez-tez xatırladır ki, biz nəyi nə zaman və necə etməyi bilirik. Və həmin gün gəlib çatdı, iki dost ölkə arasında dəmir yolu ilə sərnişindaşıma bərpa olundu. Bilirsiniz ki, Borçalı ilə Qazax-Gəncəbasar bölgəsi hər zaman xeyirli-şərli olublar. Toyları, yasları bir olub. Amma quru sərhədlərin bağlı olması bu əlaqələri xeyli çətinləşdirmişdi. Nəhayət bu problem də öz həllini tapdı”.

Professor bir təklif də səsləndirib:

“Qrafikə görə, qatar Gürcüstan ərazisində ancaq Qardabanidə və Tbilisidə dayanacaq. Yaxşı olardı ki, Rustavidə də qatar dayansın. Çünki bu şəhər bütün Borçalı əhalisi üçün əlverişli məkandır. Qardabani sərhəddədir, Tbilisi də sıxlıqdır. Amma Rustavi soydaşlarımızın qatarla rahat gediş-gəlişi üçün əla imkana malikdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransada 500-ə yaxın məktəb etirazlar səbəbindən bağlanacaq - VİDEO

Fransada 500-ə yaxın məktəb etirazlar səbəbindən bağlanacaq - VİDEO

Ancelina Coli Qəzzadakı dağıntıların miqyasını Google Earth vasitəsilə göstərdi - FOTO

Ancelina Coli Qəzzadakı dağıntıların miqyasını Google Earth vasitəsilə göstərdi - FOTO

"Google"dən "Gemini Pro" modeli ilə bağlı AÇIQLAMA: Bu tarixdən etibarən...

"Google"dən "Gemini Pro" modeli ilə bağlı AÇIQLAMA: Bu tarixdən etibarən...

“Bitcoin”in qiyməti 86 min dolları ötdü

“Bitcoin”in qiyməti 86 min dolları ötdü

Millətlər Liqası: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı

Millətlər Liqası: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı

Gürcüstanda azərbaycanlı qətlə yetirildi - FOTO

Gürcüstanda azərbaycanlı qətlə yetirildi - FOTO

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

“Nobel həftəsi” başlayır - Bu gün tibb üzrə qalib elan ediləcək

“Nobel həftəsi” başlayır - Bu gün tibb üzrə qalib elan ediləcək

Braziliyada prezident seçkiləri sona çatdı: Təkrar səsvermə olacaq - VİDEO

Braziliyada prezident seçkiləri sona çatdı: Təkrar səsvermə olacaq - VİDEO

10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı

10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı

Millətlər Liqası: Portuqaliya 1/4 finalına vəsiqə qazandı - VİDEO

Millətlər Liqası: Portuqaliya 1/4 finalına vəsiqə qazandı - VİDEO

Vətən müharibəsinin xronikası: 5 oktyabr - VİDEO

Vətən müharibəsinin xronikası: 5 oktyabr - VİDEO

Həmin partlayış bu antiperspirantlara görə olubmuş - Video

Həmin partlayış bu antiperspirantlara görə olubmuş - Video

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

End of content

No more pages to load

RADİO