Mingəçevir şəhər icra və probasiya şöbəsinə rəisi vəzifəsi Asif Hüseynova həvalə olunub.
Bizim.Media xəbər verir ki, Ədliyyə naziri Fərid Əhmədovun müvafiq Əmri ilə Asif Hüseynov 3 ay müddətinə bu vəzifəni icra edəcək.
Məlumat üçün bildirək ki, A.Hüseynov 2016-cı ildə ədliyyə orqanlarında qulluğa qəbul olaraq Tovuz rayon icra və probasiya şöbəsində icra məmuru, 2022-ci ildən böyük icra məmuru vəzifəsində işləyib. 2025-ci ildə isə Şəmkir şəhər icra və probasiya şöbəsində böyük icra məmuru təyin edilib. (Qafqazinfo.az)
Bizim.Media