I Böyük Qayıdış Proqramı NƏ VAXT yekunlaşacaq?

I Böyük Qayıdış Proqramı bu ilin sonuna qədər yekunlaşacaq.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bunu WUF13 çərçivəsində BMTM tərəfindən təşkil edilən urbisid və onun nəticələrinə dair panel sessiyasında Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
 

O bildirib ki, 2020-ci ildən sonra görülən əsas işlərdən biri də Prezident İlham Əliyevin sərəncamı ilə 2022–2026-cı illəri əhatə edən Böyük Qayıdış Proqramının hazırlanması oldu:


“Beləliklə, bu ilin sonuna qədər ilk proqram artıq yekunlaşır və artıq 80 mindən çox insanın bu ərazilərdə yaşaması nəzərdə tutulur. Tikinti prosesində biz Birləşmiş Millətlər Təşkilatının əsas istiqamətlərindən biri olan Dayanıqlı İnkişaf Məqsədlərini rəhbər tuturuq. Rahat həyat, yaşıl, təmiz və müasir innovasiyalar konsepsiyası baş planın əsasını təşkil edir.

“Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası bu transformasiyanın əsas sütunlarından birinə çevrilib.

Yeni yaşayış məntəqələri resurslardan səmərəli istifadəni, enerji effektivliyini, inkişaf etmiş xidmətləri və geri qayıdan sakinlər üçün daha yüksək həyat keyfiyyətini təmin etmək məqsədilə layihələndirilir. Bu səylər yalnız itirilmişi bərpa etməyə deyil, gələcək nəsillər üçün daha yaxşı, inklüziv və dayanıqlı icmalar qurmağa yönəlib.

Bu kəndlərdə müasir şəhərsalma sakinlərin gündəlik ehtiyaclarını praktik, təhlükəsiz və səmərəli şəkildə qarşılamaq üçün nəzərdə tutulub. Məktəblərə, səhiyyə xidmətlərinə, təmiz suya, ictimai xidmətlərə, bərpa olunan enerji mənbələrinə və məşğulluq imkanlarına çıxış planlaşdırma prosesinə tam inteqrasiya olunub”.

Vahid Hacıyev qeyd edib ki, məqsəd yalnız mənzil təmin etmək deyil, insanların yaşaya, işləyə və gələcəklərini qura biləcəkləri təhlükəsiz və funksional icmalar yaratmaqdır:
 

“Eyni zamanda, əsas məqsədlərimizdən biri dayanıqlı inkişafdır və iqtisadi inkişaf onsuz mümkün deyil. Cəbrayıl, Qubadlı və Zəngilanın iqtisadi potensialı olduqca böyükdür və geniş imkanlara malikdir. Bu rayonların iqtisadi inkişafını əsasən müəyyən edəcək istiqamətlər sırasında kənd təsərrüfatı, mədən sənayesi, nəqliyyat, logistika, turizm və alternativ enerji sahələri yer alır.


Azərbaycanın təcrübəsi göstərir ki, münaqişədən sonrakı bərpa prosesi uzunmüddətli planlaşdırma, güclü siyasi iradə və dayanıqlı inkişaf prinsipləri ilə həyata keçirildikdə, postmünaqişə bölgələri inkişafın, bağlantıların və sülhün hərəkətverici qüvvəsinə çevrilə bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fransada 500-ə yaxın məktəb etirazlar səbəbindən bağlanacaq - VİDEO

Fransada 500-ə yaxın məktəb etirazlar səbəbindən bağlanacaq - VİDEO

Ancelina Coli Qəzzadakı dağıntıların miqyasını Google Earth vasitəsilə göstərdi - FOTO

Ancelina Coli Qəzzadakı dağıntıların miqyasını Google Earth vasitəsilə göstərdi - FOTO

"Google"dən "Gemini Pro" modeli ilə bağlı AÇIQLAMA: Bu tarixdən etibarən...

"Google"dən "Gemini Pro" modeli ilə bağlı AÇIQLAMA: Bu tarixdən etibarən...

“Bitcoin”in qiyməti 86 min dolları ötdü

“Bitcoin”in qiyməti 86 min dolları ötdü

Millətlər Liqası: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı

Millətlər Liqası: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı

Gürcüstanda azərbaycanlı qətlə yetirildi - FOTO

Gürcüstanda azərbaycanlı qətlə yetirildi - FOTO

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

“Nobel həftəsi” başlayır - Bu gün tibb üzrə qalib elan ediləcək

“Nobel həftəsi” başlayır - Bu gün tibb üzrə qalib elan ediləcək

Braziliyada prezident seçkiləri sona çatdı: Təkrar səsvermə olacaq - VİDEO

Braziliyada prezident seçkiləri sona çatdı: Təkrar səsvermə olacaq - VİDEO

10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı

10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı

Millətlər Liqası: Portuqaliya 1/4 finalına vəsiqə qazandı - VİDEO

Millətlər Liqası: Portuqaliya 1/4 finalına vəsiqə qazandı - VİDEO

Vətən müharibəsinin xronikası: 5 oktyabr - VİDEO

Vətən müharibəsinin xronikası: 5 oktyabr - VİDEO

Həmin partlayış bu antiperspirantlara görə olubmuş - Video

Həmin partlayış bu antiperspirantlara görə olubmuş - Video

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Uşaq istəyən qadınlar bu kəndə axın edir

Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

Biləsuvarda həkim həyat yoldaşı ilə qəzaya DÜŞDÜ

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Hindistan XİN rəhbəri: Dehli Rusiya və Ukrayna ilə müharibənin dayandırılmasını müzakirə edir

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Süni intellektlə beyin xərçənginə qarşı yeni molekul hazırlandı

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Mauro İkardidən "Qalatasaray"la bağlı sürpriz QƏRAR

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

Çində bayram tətilləri nəhəng tıxaclara səbəb oldu - VİDEO

"Neftçi"nin legionerini Kipr klubu istəyir

"Neftçi"nin legionerini Kipr klubu istəyir

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Saturn bu gecə Yerə ən yaxın məsafədə müşahidə ediləcək

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Hitler bacısı qızını öldürüb? - Yeni sənədlər rəsmi versiyanı şübhə altına aldı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaratdı

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

5 oktyabr - Beynəlxalq Müəllimlər Günüdür

End of content

No more pages to load

RADİO