Premium təmirli mənzillər "City Garden Narimanov"da - "Kristal"

“Kristal”ın premium yaşayış konsepsiyasını yeni səviyyəyə daşıyan “City Garden Narimanov” layihəsi Bakının mərkəzində yerləşən unikal yaşayış kompleksidir. 17 hektardan artıq geniş yaşıllıq zonası, müasir memarlıq həlləri, zəngin infrastruktur və tam təmirli mənzilləri ilə layihə şəhər həyatının ritmini yüksək komfort və premium yaşam tərzi ilə bir araya gətirir.

Şəhərin əsas nöqtələrinə yaxın yerləşməsi ilə seçilən “City Garden Narimanov” sakinlərinə həm dinamik şəhər həyatını, həm də təbiətlə harmoniyada rahat və prestijli yaşam imkanını təqdim edir.



Kompleks “N.Nərimanov” metro stansiyasından cəmi 720 metr məsafədə, “Heydər Əliyev” prospektinə yaxın ərazidə, ümumilikdə 21 hektarlıq sahədə inşa olunur. Burada hazır və tikilməkdə olan 2, 3, 4 otaqlı mənzillərlə yanaşı, studiya tipli mənzillər də mövcuddur. Mənzillər Avropa standartlarına uyğun premium təmirli şəkildə təhvil verilir, bəzi mənzillərdə isə şəxsi bağça imkanı olan eksklüziv seçimlər mövcuddur.



Maliyyələşmə baxımından layihədə rahat şərtlər təqdim olunur: Hazır mənzillər üçün ilkin ödəniş 30%, tikintisi davam edən mənzillər üçün isə 20% olmaqla, 20 ilədək ipoteka imkanı təqdim olunur. Bundan əlavə, 30% ilkin ödənişlə 36 ayadək daxili kreditdən də yararlana bilərsən.

Tikinti keyfiyyəti isə layihənin ən güclü tərəflərindən biridir. Burada beton pərdə sistemi, tava tipli bütöv təməl və 12 metr dərinliyə enən möhkəm beton dayaqlar tətbiq olunur. Ən vacib fərqlərdən biri armatur birləşmələrində istifadə olunan müasir mufta texnologiyasıdır. Bu sistemdə armatur hissələri birbaşa bir-birinə birləşdirilir və yük poladdan-polada ötürülür. Nəticədə konstruksiya daha dayanıqlı olur və xüsusilə zəlzələ zamanı daha etibarlı davranır.



Kompleksdə daxili təmir zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunur: Almaniyanın “HARO” parketi, İtaliya istehsalı “GEWISS” elektrik sistemi, “Prysmian” yanmayan kabellər, “GROHE” sanitar avadanlıqları, “Zambaiti Parati” divar örtükləri və “Infinity” keramoqranitlər. Bütün mənzillər işıqlı və geniş planlama ilə dizayn edilib, yerdən tavana qədər panoramik pəncərələr isə məkanlara açıq və rahat atmosfer bəxş edir. Səs və istilik izolyasiya sistemləri isə maksimum komfort üçün xüsusi olaraq tətbiq olunub.

Layihənin ən böyük üstünlüklərindən biri 17,3 hektarlıq geniş yaşıllıq sahəsidir. Burada 3 km yürüş, 1,5 km velosiped və qaçış zolaqları, həmçinin futbol, basketbol və tennis meydançaları, açıq hava fitness zonası və istirahət məkanları sakinlərin istifadəsinə verilib. Dekorativ hovuzlar, piknik və istirahət zonaları isə şəhər içində sakit və balanslı həyat mühiti yaradır.



Təbiət və şəhər həyatını birləşdirən “City Garden Narimanov” müasir, rahat və premium yaşam axtaranlar üçün ideal seçimdir.

Əgər sən də vaxt itirmədən yeni evinə köçmək istəyirsənsə, qərarı çox gecikdirmədən layihənin satış ofisinə yaxınlaşa və ya *1544 nömrəsinə zəng edərək ətraflı məlumat ala bilərsən.

Ətraflı: *1544 və ya 050 293 10 10

Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi

kristal.az

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

Prezidentdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

İrakli Kobaxidze Azərbaycanla sərhədlərin demarkasiyasından danışdı

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçəcək?

Ermənistanda iki polis güllələndi

Ermənistanda iki polis güllələndi

Qızıl və gümüş BAHALAŞDI

Qızıl və gümüş BAHALAŞDI

Rusiyada ZƏLZƏLƏ oldu

Rusiyada ZƏLZƏLƏ oldu

ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

ANS-in keçmiş əməkdaşı bu televiziyaya direktor təyin olundu

Dünya çempionatı: Bu gün 4 cüdoçumuz mübarizəyə başlayır - FOTO

Dünya çempionatı: Bu gün 4 cüdoçumuz mübarizəyə başlayır - FOTO

Siqareti azaltmaq istəyirdilər, daha çox satıldı

Siqareti azaltmaq istəyirdilər, daha çox satıldı

Arvadına xəsarət yetirdi, polisə təslim oldu

Arvadına xəsarət yetirdi, polisə təslim oldu

Yağışa görə yollarda endirilən sürət həddi bərpa olundu

Yağışa görə yollarda endirilən sürət həddi bərpa olundu

Ağstafada iki qardaş kafedə xəsarət aldı

Ağstafada iki qardaş kafedə xəsarət aldı

Rusiya Ukraynaya zərbələr üçün yeni silah hazırlayıb – Forbes

Rusiya Ukraynaya zərbələr üçün yeni silah hazırlayıb – Forbes

Moskva Krım körpüsünün müdafiəsini gücləndirdi

Moskva Krım körpüsünün müdafiəsini gücləndirdi

Əhəd ABIYEV Əli Kərimli ilə bağlı SENSASİON FAKTLARI AÇIQLADI – MÜSAHİBƏ

Əhəd ABIYEV Əli Kərimli ilə bağlı SENSASİON FAKTLARI AÇIQLADI – MÜSAHİBƏ

Bu gün Yer kürəsini 6 ballıq maqnit qasırğası vuracaq

Bu gün Yer kürəsini 6 ballıq maqnit qasırğası vuracaq

Türkiyənin türk dövlətləri ilə ticarəti 72,2 milyard dollara çatdı

Türkiyənin türk dövlətləri ilə ticarəti 72,2 milyard dollara çatdı

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq

Xətai rayonunun bəzi hissələrində qaz olmayacaq

Fransada 500-ə yaxın məktəb etirazlar səbəbindən bağlanacaq - VİDEO

Fransada 500-ə yaxın məktəb etirazlar səbəbindən bağlanacaq - VİDEO

Ancelina Coli Qəzzadakı dağıntıların miqyasını Google Earth vasitəsilə göstərdi - FOTO

Ancelina Coli Qəzzadakı dağıntıların miqyasını Google Earth vasitəsilə göstərdi - FOTO

"Google"dən "Gemini Pro" modeli ilə bağlı AÇIQLAMA: Bu tarixdən etibarən...

"Google"dən "Gemini Pro" modeli ilə bağlı AÇIQLAMA: Bu tarixdən etibarən...

“Bitcoin”in qiyməti 86 min dolları ötdü

“Bitcoin”in qiyməti 86 min dolları ötdü

Millətlər Liqası: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı

Millətlər Liqası: Fransa Belçikaya, İtaliya Türkiyəyə qarşı

End of content

No more pages to load

RADİO