Leyla Əliyeva: Təmiz hava olmadan sağlam şəhər mümkün deyil

IDEA milyonlarla ağacın əkilməsi, uşaqların maarifləndirilməsi, seminarların təşkili, su israfı və hava çirkliliyi ilə bağlı məlumatlandırma, sənədli filmlərin və sərgilərin hazırlanması kimi çoxsaylı layihələr həyata keçirib.

Bizim.Media xəbər verir ki, bu, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın WUF13 çərçivəsində “Yeni Şəhərsalma Gündəliyinə Həyat Vermək: Hava Keyfiyyətinin və Yaşıl İnfrastrukturun Dayanıqlı Şəhərlərə inteqrasiya edilməsi” adlı konfransın iştirakçılarına mesajında qeyd olunub.

“Biz şəhər mühitini yaxşılaşdırmaq, şəhərləri insanlar və təbiət üçün daha yaxşı məkana çevirmək istiqamətində çalışırıq. IDEA məkanları daha yaşıl və hər yaşdan insanlar üçün əlçatan ictimai məkanlara çevirir. Bu da insanları daha çox açıq havada vaxt keçirməyə və daha təmiz hava almağa təşviq edir. Daha dayanıqlı ətraf mühitin yaradılması üçün yaşayış ərazilərində yaşıl sədlər quraşdırılır”, - mesajda bildirilib.

Vurğulanıb ki, IDEA velosiped istifadəsini təşviq etməklə dayanıqlı nəqliyyatı fəal şəkildə dəstəkləyir.

“Biz həmçinin plastik tullantıların toplanaraq təkrar emala yönləndirilməsi üçün sahilyanı təmizlik kampaniyaları təşkil edirik. Bu günə qədər 120 tondan artıq tullantı toplanaraq utilizasiya olunub. Bütün bu fəaliyyətlərlə IDEA daha sağlam və yaşıl gələcək qurmağı, həmçinin gənc nəsildə ekoloji məsuliyyətin möhkəm təməlini formalaşdırmağı hədəfləyir”, - mesajda deyilir.

Diqqətə çatdırılıb ki, hava çirkliliyi dünyada ölümə səbəb olan ikinci ən böyük risk faktorudur:

“Bu problem ürək, tənəffüs sistemi xəstəliklərinə və bir çox digər sağlamlıq problemlərinə səbəb olur. Hər il 5 yaşdan aşağı təxminən 700 min uşaq hava çirkliliyi səbəbindən həyatını itirir. Təmiz hava olmadan sağlam şəhər mümkün deyil. Bu, xüsusilə uşaqlar arasında şəhər icmalarının məhsuldarlığı üçün də böyük əhəmiyyət daşıyır.

Azərbaycan bu çağırışı anlayır və havanın keyfiyyətini şəhərsalma siyasətinin əsas hissəsinə çevirmək üçün addımlar atır. Hazırda Bakıda böyük transformasiya prosesi gedir. Şəhərin 2040-cı ilə qədər daha dayanıqlı olması hədəflənir. Bu məqsədə daha yaxşı ictimai nəqliyyat, yaşıl məkanlar və təmiz enerji vasitəsilə nail olunması planlaşdırılır. Bütün bu təşəbbüslər müasir və dayanıqlı şəhər mühitinin formalaşmasına xidmət edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qadın geyimindəki bu vasitə xərçəng yaradır? – Həkim mifləri alt-üst etdi

Qadın geyimindəki bu vasitə xərçəng yaradır? – Həkim mifləri alt-üst etdi

Dünya çempionu İspaniyanın 15 MİLYON dolları əlindən alınacaq

Dünya çempionu İspaniyanın 15 MİLYON dolları əlindən alınacaq

İnsan ömrünün SON HƏDDİ açıqlandı

İnsan ömrünün SON HƏDDİ açıqlandı

Bakıdakı kəskin istilərin səbəbi AÇIQLANDI

Bakıdakı kəskin istilərin səbəbi AÇIQLANDI

Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu

Ukrayna futbolunun keçmiş rəhbəri həbs olundu

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Futbolçu saçlarını kəsməməsinin səbəbini açıqladı: "Kaş ki, pulum olmasaydı..."

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Tramp ABŞ-nin Ukraynaya silah satmadığını BƏYAN ETDİ

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

Fələstinli nazir: “Qəzza zolağında iqtisadiyyat məhv edilib”

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

“Araz-Naxçıvan” – “İmişli” oyununda heç-heçə

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

AK “TikTok”u ittiham etdi: Uşaqların təhlükəsizlik qaydalarını pozur

Əməkdar artisti sancan ilan öldü: Aktyorun vəziyyəti açıqlandı

Əməkdar artisti sancan ilan öldü: Aktyorun vəziyyəti açıqlandı

Lebron Ceyms seçimini etdi

Lebron Ceyms seçimini etdi

Bakıda kişi restoranda sevgilisini döydü — Niyə o oğlana güldün?

Bakıda kişi restoranda sevgilisini döydü — Niyə o oğlana güldün?

Zaur Kamal oğulları ilə istirahətdə - FOTO

Zaur Kamal oğulları ilə istirahətdə - FOTO

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

“Fənərbağça” futbolçusuna 20 milyon qiymət qoydu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Oman dənizində insident: ABŞ neft-qaz tankerini vurdu

Boğulmaqda olan şəxs son anda xilas edildi

Boğulmaqda olan şəxs son anda xilas edildi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

“Öldürülən hər iranlıya görə, bir amerika əsgəri məhv ediləcək” - Əli Abdullahi

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

Rusiyanın müvəqqəti işlər vəkili Latviya XİN-ə çağırıldı

“Kayrat” stadionsuz qaldı

“Kayrat” stadionsuz qaldı

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Direktor şagirdi məcburi şəkildə peşə məktəbinə yönləndirir? - VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Mərhum kapitanın övladları ilə görüntüsü kövrəltdi – VİDEO

Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

Cəlilabadda qədim əşyalar tapılan ərazi hasara alındı - FOTO

End of content

No more pages to load

RADİO