Lökbatan qəsəbəsində yerləşən “Bakı Logistika”ya məxsus anbarda baş verən yanğınla mübarizə davam edir. Əraziyə cəlb olunmuş qüvvələr yanğını söndürmək üçün lazımı tədbirlər görür.
Bizim.Media xəbər verir ki, əraziyə cəlb olunmuş qüvvələr yanğınla mübarizəni davam etdirir.
Yanğının söndürülməsinə FHN-in helikopteri cəlb olunub.
İlkin məlumata görə hadisə nəticəsində ölən və ya xəsarət alan yoxdur.
Bizim.Media