DTX-nin Şuşa rayon İdarəsi açıldı - VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şuşa rayon İdarəsinin (Rİ) yeni inzibati binasının təntənəli açılışı olub. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, Şuşa Rİ-nin əməkdaşları, digər hüquq mühafizə orqanlarının və ərazi üzrə qarnizonun yüksək rütbəli zabitləri iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yerləşdirilib.
Məlumatda deyilir:

MÖVZU İLƏ BAĞLI:

Dövlət Təhlükəsizliyi Xidməti Şuşada - VİDEO

''Binanın qarşısında 1992-cü ildə düşmən işğalı nəticəsində üç yaşında ikən ailəsi ilə birlikdə Şuşa şəhərini tərk etməyə məcbur qalmış, hazırda DTX-də xidmət edən leytenant U. Bəylərov Dövlət bayrağını qaldırmışdır. Dövlət himni səsləndirilmişdir.

Binanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları foyedə müstəqil Azərbaycanın qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramlarını bildirərək abidəsi önünə gül dəstələri qoymuşlar. Həmçinin Ulu Öndərin və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin dövlətçilik fəaliyyətini, Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendlərə baxmışlar.

Tədbir iştirakçıları Azərbaycan Respublikasının hüquq mühafizə siyasətinin Dağlıq Qarabağ ərazisində uğurla həyata keçirilməsinin növbəti təcəssümü olaraq DTX Şuşa Rİ-nin müasir üslubda təmir edilmiş yeni inzibati binasının otaqları və əməliyyatçıların iş şəraiti ilə tanış olmuşlar.

DTX-nin kollegiya üzvlərinin və Şuşa Rİ-nin rəhbərliyinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə çıxış edən general-polkovnik Əli Nağıyev bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycan bütün sahələrdə durmadan inkişaf edir, günbəgün daha da qüdrətlənir.

Bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Müzəffər sərkərdəliyi altında xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuz torpaqlarımızı düşmən işğalından azad etmiş, Azərbaycanın çoxəsrlik tarixinin və hərbi uğurlarının yeni şanlı və şərəfli səhifələrini yazmışdır.

Dövlətimizin başçısı tərəfindən hüquq mühafizə orqanlarının inkişafına daim diqqət göstərildiyini vurğulayan general-polkovnik Əli Nağıyev, DTX Şuşa Rİ-nin yeni inzibati binasının istifadəyə verilməsinin də məhz bu qayğının bariz göstəricisi olduğunu qeyd etmişdir.

DTX-nin rəisi əməkdaşların məsuliyyətli, eyni zamanda böyük etimad olaraq Şuşa şəhərində öz xidmətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Xidməti müşavirədə DTX Şuşa Rİ-nin şəxsi heyəti qarşısında konkret vəzifələr qoyulmuşdur.

General-polkovnik Əli Nağıyev Şuşa Rİ-nin əməkdaşlarını bu əlamətdar hadisə münasibətilə bir daha təbrik etmiş və uğurlar arzulamışdır.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Şuşa qarnizonunda xidmət edən hərbi qulluqçular ilə görüşmüş, onlara DTX-nin bayram sovqatları təqdim edilmişdir. Sonra tədbir iştirakçıları Şuşa şəhərində qulluq keçən hərbçilər üçün DTX-nin Mədəniyyət mərkəzi tərəfindən məşhur Cıdır düzündə 30 ildən sonra ilk dəfə təşkil olunmuş konsert proqramına tamaşa etmişlər.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sərsəng su anbarında İLK DƏFƏ beynəlxalq idman tədbiri keçiriləcək

Sərsəng su anbarında İLK DƏFƏ beynəlxalq idman tədbiri keçiriləcək

Epidemioloq yaxın 5 ilin ən ölümcül xəstəliklərini açıqladı

Epidemioloq yaxın 5 ilin ən ölümcül xəstəliklərini açıqladı

Üzərində bu ləkə olan çiyələyi ALMAYIN – Zəhərlənə bilərsiniz

Üzərində bu ləkə olan çiyələyi ALMAYIN – Zəhərlənə bilərsiniz

Lalə Azərtaş Yaponiya milli geyimində - FOTO

Lalə Azərtaş Yaponiya milli geyimində - FOTO

Almaniyanın hərbi-nəqliyyat təyyarəsi İrəvana eniş etdi - FOTO

Almaniyanın hərbi-nəqliyyat təyyarəsi İrəvana eniş etdi - FOTO

Sırski: “Rusiya bütün cəbhə xətti boyunca hücum keçir, vəziyyət mürəkkəbdir”

Sırski: “Rusiya bütün cəbhə xətti boyunca hücum keçir, vəziyyət mürəkkəbdir”

Tramp sui-qəsd cəhdindən sonra bunu tələb etdi

Tramp sui-qəsd cəhdindən sonra bunu tələb etdi

Zelenski Aİ-dən ayrılan 90 milyard avronun ilk tranşının hara xərclənəcəyini açıqladı

Zelenski Aİ-dən ayrılan 90 milyard avronun ilk tranşının hara xərclənəcəyini açıqladı

İranın xarici işlər naziri yenidən İslamabada qayıtdı

İranın xarici işlər naziri yenidən İslamabada qayıtdı

"Ebru Gündeşin mənə etmədiyi düşmənçilik qalmadı"

"Ebru Gündeşin mənə etmədiyi düşmənçilik qalmadı"

"Şamaxı" "Kəpəz"i məğlub etdi - VİDEO

"Şamaxı" "Kəpəz"i məğlub etdi - VİDEO

Gəncədə zəncirvari qəza: Xəsarət alanlar var

Gəncədə zəncirvari qəza: Xəsarət alanlar var

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist vəfat etdi - FOTO

Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR: Yaralılar var

Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR: Yaralılar var

Bakının mərkəzində qırılan ağac təhlükəli vəziyyət yaratdı - VİDEO

Bakının mərkəzində qırılan ağac təhlükəli vəziyyət yaratdı - VİDEO

Leyla Əliyeva İsmayıllı rayonundan paylaşım etdi - VİDEO

Leyla Əliyeva İsmayıllı rayonundan paylaşım etdi - VİDEO

Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Macarıstandan Ukraynaya neft məhsulları idxal ediləcək?

Macarıstandan Ukraynaya neft məhsulları idxal ediləcək?

Çexiyanın Baş naziri Avropa İttifaqından kənara ilk rəsmi səfərini Azərbaycana edir - FOTO

Çexiyanın Baş naziri Avropa İttifaqından kənara ilk rəsmi səfərini Azərbaycana edir - FOTO

İnsanları Suriyada silahlı münaqişələrə cəlb edən şəxsə hökm oxundu

İnsanları Suriyada silahlı münaqişələrə cəlb edən şəxsə hökm oxundu

Ukrayna Krımda Rusiyanın mühüm hərbi hədəflərinə zərbə endirdi - FOTO

Ukrayna Krımda Rusiyanın mühüm hərbi hədəflərinə zərbə endirdi - FOTO

Keniyalı atletdən yeni dünya REKORDU - VİDEO

Keniyalı atletdən yeni dünya REKORDU - VİDEO

Hava bu insanlar üçün əlverişsiz olacaq

Hava bu insanlar üçün əlverişsiz olacaq

Tbilisidə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirildi - TƏFƏRRÜAT

Tbilisidə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirildi - TƏFƏRRÜAT

End of content

No more pages to load

RADİO