İsrail səfirliyi Azərbaycana humanitar yardım göstərib.
Bizim.Media xəbər verir ki, bu barədə səfirliyinin rəsmi "Twitter" hesabında paylaşım edilib.
Bildirilib ki, səfirlik Azərbaycana tibbi avadanlıqlar təqdim edib.
"İsrail səfirliyi Azərbaycan hökuməti ilə tibbi və humanitar əməkdaşlığı gücləndirir. Səfirlik TƏBİB vasitəsi ilə Azərbaycan xəstəxanalarını qabaqcıl tibbi avadanlıqlarla təmin edib", - deyə məlumatda qeyd olunub.
Bizim.Media