92 və 202 nömrəli avtobuslar koronavirus ocağıdır  – ARAŞDIRMA

Bakının ən sıx əhali yaşayan qəsəbələrindən biri də Biləcəridir. Sakinlər arasında “o tay”, “bu tay”, “meydan”, “ploşad” “praparka”, “kənd” bölgülərinə malik Biləcərinin Dəmir yolu stansiyasına yaxın hissəsində nəqliyyat problemi var. 

Bizim.Media olaraq mövzu ilə bağlı araşdırma apardıq. Bəlli oldu ki, doğrudan da, illərdir Biləcərinin o tayında yaşayan insanlar qəsəbədən çıxmaq üçün 92 və 202 nömrəli avtobusların ümidinə qalıblar. 

Belə ki, 92 nömrəli marşrut xəttinin istiqaməti Biləcərinin o tayından Memar Əcəmi metrostansiyasına kimi uzanır.

202 də Biləcərinin “o tay” adlanan hissəsindən Rəsulzadə qəsəbəsi ilə N.Nərimanov metrostansiyasına istiqamətlənir. Bu avtobuslarda həmişə basabas olur. Pandemiyanın tüğyan etdiyi bir vaxtda isə bu daha dözülməzdir. 

Qeyd edək ki, Biləcəri qəsəbəsinin BBAK və Avtovağzal metrosuna yaxın hissəsindən (“Spuska”) daha çox bina və yaşayış evi Dəmir Yolu Stansiyası tərəfdədir. Yəni “o tayın” əhalisi “”bu taydan çoxdur. Stansiyaya aid körpünün digər tərəfində də 67 və 83 nömrəli avtobusların hökmranlığı var. Həmin avtobuslar Təbriz küçəsi və Nərimanov metrosu istiqamətinə hərəkət edir. 

Elə situasiya yaradıblar ki, “o tay”ın sakinləri yalnız Memar Əcəmi, Gənclik, Nərimanov metrostansiyalarına və Rəsulzadə qəsəbəsinə gedir. 

Maraqlanan yoxdurmu, bəlkə onlardan kiminsə yolu İnşaatçılar, Elmlər Akademiyası, yaxud Neftçilər metrosu istiqamətindədir. Biləcərinin “o tay” sakinlərinin hərəkət azadlığını niyə əllərindən alıblar?

Cavab kimi də deyirlər ki, qəsəbədaxili işləyən 91-ə minin, gedin Rəşid İsmayılov küçəsinə, Biləcəri dairəsində düşün və istədiyiniz avtobusdan istifadə edin. 

Belə çıxır ki, Biləcərinin ''o tay''ında yaşayanlar gedib-qayıtmağa əlavə 60 qəpik xərcləməlidirlər. Pandemiya və müəyyən iş qadağalarının hökm sürdüyü bir vaxtda heç kimi əlavə xərclə sınağa çəkmək olmaz.

Yerli sakinlərə istinadən bir faktı da nəzərinizə çatdıraq ki, Biləcərinin “o tay” adlanan hissəsinə bu günə qədər əlavə hansı marşrut xətti daxil olubsa, heç bir həftə çəkməyib ki, həmin avtobus istiqamətini dəyişib. Yəni 202 və 92 ilə “rəqabət”ə dözməyib.

67 və 83-ün dövran etdiyi ərazidə isə, təxminən 10 il əvvəl 162 və 96 nömrəli avtobusları da görmək olardı. 162 Biləcəri meydanından Elmlər Akademiyası, Şəhidlər Xiyabanı, İçəri şəhər istiqamətində hərəkət edirdi və ləğv olundu. Onun yerinə gələn 96 isə hazırda Avtovağzaldan “5 mərtəbə” adlanan əraziyə kimi hərəkət edir. 

Qəsəbə sakinləri bəzən “manatlıq” taksilərdən istifadəyə məcbur qalır.

Əlbəttə, 92 ilə 202-nin basabasında koronavirusa bulaşmaqdansa, 1 manat verib, mənzil başına rahat çatmaq yaxşıdır. Minimum əməkhaqqı alanların ayda 60 manat taksiyə verməsi isə, başqa sosial problemlərə gətirir. 

Problemlə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev saytımıza açıqlamasında bildirdi ki, ölkəyə yeni avtobusların gətirilməsi üçün dekabrın 10-da agentlik Türkiyədə yeni müqavilə imzalayıb.

“Sazişə görə, 2021-ci ilin ilk aylarından ölkəmizə yeni avtobuslar gətiriləcək. 9 metr uzunluğu olan nəqliyyat vasitələrinin Biləcəri və Binəqədidə də xəttə buraxılması nəzərdə tutulub. Sadəcə, ilk avtobusların hansı istiqamətdə xəttə buraxılması barədə hələki bir söz deyə bilmərəm”.

BNA mətbuat katibinin sözlərinə görə, Biləcəri qəsəbəsindəki yolların dar və döngəli olması, asfalt örtüyünün yaxşı olmaması indiki “BakuBus”ların orada hərəkətinə çətinlik yaradır və hardasa mümkünsüz edir. 

Yeni avtobuslarla mart ayına qədər Biləcəri sakinlərinin 92(83) və 202(67) asılılığı həll olunacaq. Mövzunu diqqətdə saxlayacağıq.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sərsəng su anbarında İLK DƏFƏ beynəlxalq idman tədbiri keçiriləcək

Sərsəng su anbarında İLK DƏFƏ beynəlxalq idman tədbiri keçiriləcək

Epidemioloq yaxın 5 ilin ən ölümcül xəstəliklərini açıqladı

Epidemioloq yaxın 5 ilin ən ölümcül xəstəliklərini açıqladı

Üzərində bu ləkə olan çiyələyi ALMAYIN – Zəhərlənə bilərsiniz

Üzərində bu ləkə olan çiyələyi ALMAYIN – Zəhərlənə bilərsiniz

Lalə Azərtaş Yaponiya milli geyimində - FOTO

Lalə Azərtaş Yaponiya milli geyimində - FOTO

Almaniyanın hərbi-nəqliyyat təyyarəsi İrəvana eniş etdi - FOTO

Almaniyanın hərbi-nəqliyyat təyyarəsi İrəvana eniş etdi - FOTO

Sırski: “Rusiya bütün cəbhə xətti boyunca hücum keçir, vəziyyət mürəkkəbdir”

Sırski: “Rusiya bütün cəbhə xətti boyunca hücum keçir, vəziyyət mürəkkəbdir”

Tramp sui-qəsd cəhdindən sonra bunu tələb etdi

Tramp sui-qəsd cəhdindən sonra bunu tələb etdi

Zelenski Aİ-dən ayrılan 90 milyard avronun ilk tranşının hara xərclənəcəyini açıqladı

Zelenski Aİ-dən ayrılan 90 milyard avronun ilk tranşının hara xərclənəcəyini açıqladı

İranın xarici işlər naziri yenidən İslamabada qayıtdı

İranın xarici işlər naziri yenidən İslamabada qayıtdı

"Ebru Gündeşin mənə etmədiyi düşmənçilik qalmadı"

"Ebru Gündeşin mənə etmədiyi düşmənçilik qalmadı"

"Şamaxı" "Kəpəz"i məğlub etdi - VİDEO

"Şamaxı" "Kəpəz"i məğlub etdi - VİDEO

Gəncədə zəncirvari qəza: Xəsarət alanlar var

Gəncədə zəncirvari qəza: Xəsarət alanlar var

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist vəfat etdi - FOTO

Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR: Yaralılar var

Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR: Yaralılar var

Bakının mərkəzində qırılan ağac təhlükəli vəziyyət yaratdı - VİDEO

Bakının mərkəzində qırılan ağac təhlükəli vəziyyət yaratdı - VİDEO

Leyla Əliyeva İsmayıllı rayonundan paylaşım etdi - VİDEO

Leyla Əliyeva İsmayıllı rayonundan paylaşım etdi - VİDEO

Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Macarıstandan Ukraynaya neft məhsulları idxal ediləcək?

Macarıstandan Ukraynaya neft məhsulları idxal ediləcək?

Çexiyanın Baş naziri Avropa İttifaqından kənara ilk rəsmi səfərini Azərbaycana edir - FOTO

Çexiyanın Baş naziri Avropa İttifaqından kənara ilk rəsmi səfərini Azərbaycana edir - FOTO

İnsanları Suriyada silahlı münaqişələrə cəlb edən şəxsə hökm oxundu

İnsanları Suriyada silahlı münaqişələrə cəlb edən şəxsə hökm oxundu

Ukrayna Krımda Rusiyanın mühüm hərbi hədəflərinə zərbə endirdi - FOTO

Ukrayna Krımda Rusiyanın mühüm hərbi hədəflərinə zərbə endirdi - FOTO

Keniyalı atletdən yeni dünya REKORDU - VİDEO

Keniyalı atletdən yeni dünya REKORDU - VİDEO

Hava bu insanlar üçün əlverişsiz olacaq

Hava bu insanlar üçün əlverişsiz olacaq

Tbilisidə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirildi - TƏFƏRRÜAT

Tbilisidə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirildi - TƏFƏRRÜAT

End of content

No more pages to load

RADİO