Bu gün saat 21 radələrində Zaqatala rayonu ərazisində Səfər Kələşov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən piyada, 55 yaşlı İmdat İsmayılovu vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Bizim.Media