Öldürülən İradənin ailəsi narazıdır - Biznesmen yenidən yoxlanacaq

Qeyri-rəsmi birgə yaşadığı qadını boğaraq öldürməkdə ittiham olunan 48 yaşlı biznesmen Emil Ağcanovun anlaqlı olub-olmaması yenidən yoxlanılacaq.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi müdafiə tərəfinin istəyi ilə belə qərar qəbul edib.

Qətlə yetirilən İradə Muradovanın yaxınları elə əvvəldən Emilin anlaqsız olduğuna inanmır.

İradənin bacısı ibtidai istintaqın düzgün aparılmamasından şikayətlənərək doğmasının qatilinin layiqincə cəzalandırılmasını tələb edir. Bu səbəbdən məhkəmə istintaqı başa çatmaq üzrə olarkən vəkil Rəşad Cəbrayılov hüquqi varis olan bacının da tələbi ilə təqsirləndirilən şəxsin yenidən tibbi ekspertizadan keçirilməsini xahiş edib.
 

Onlar hesab edir ki, Emil Ağcanovun belə dəhşətli cinayəti anlaqsız vəziyyətdə törətməsi inandırıcı deyil. Hadisədən sonra sübutların gizlədilməsi məqsədilə İradənin telefonunun sındırılması, eləcə də həmin vaxt səsləndirdiyi fikirlər onun baş verənləri dərk etdiyini göstərir.


Bundan əlavə, Ağcanovun məhkəmədəki ifadələrində ziddiyyətlərin olması-gah hadisənin vaxtını və yerini dəqiq xatırlaması, gah isə reallıqdan uzaq, mifik xarakterli fikirlər səsləndirməsi zərərçəkmiş tərəfi narahat edir.

Prokuror isə əvvəlki tibbi ekspertizanın nəticələrini düzgün hesab edir. Həmin rəyə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilərək ixtisaslaşmış psixiatriya müəssisəsinə yerləşdirilməsi təklif olunur.

Məhkəməyə sədrlik edən hakim Səbinə Məmmədzadə isə bütün şübhələrin aradan qaldırılması məqsədilə zərərçəkmiş tərəfin vəsatətini təmin edib.

Emil Ağcanov yenidən tibbi ekspertizadan keçiriləcək və bundan sonra yekun qərar açıqlanacaq. Yeni həkim rəyinin hazırlanmasına qədər məhkəmə prosesi təxirə salınıb.

Qeyd edək ki, cinayət hadisəsi ötən ilin yayında Yasamal rayonu ərazisində baş verib. İddialara görə, Emil Ağcanov spirtli içki və narkotik vasitələrin təsiri altında qeyri-rəsmi münasibətdə olduğu 37 yaşlı İradə Muradovanı yerə yıxaraq, dini ayinlər icra etdirməklə xüsusi amansızlıqla boğaraq öldürüb.
 

Daha sonra o, cəsədi evin hamam otağına aparıb, üzərinə möhür qoyaraq qucaqlayıb və səhərə qədər bu vəziyyətdə dini musiqilər dinləyib. Təqsirləndirilən şəxsə xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə üzrə 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.


E.Ağcanov biznes fəaliyyəti ilə məşğul olub. O, “Chermington Transportation Services”, “AZRENT”, “Caspi Style” şirkətlərinin və İtaliya brendi “Yamamay” mağazasının sahibidir. İradə Muradova da həmin şirkətlərdən birində çalışıb. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Alleqri “Milan”da qalacaq

Alleqri “Milan”da qalacaq

Bu yolda sürət həddi ENDİRİLDİ

Bu yolda sürət həddi ENDİRİLDİ

Qaqarinin kosmosda başına gələn dəhşətlər – İndiyə kimi bizdən nələr gizlədilirdi? - FOTO

Qaqarinin kosmosda başına gələn dəhşətlər – İndiyə kimi bizdən nələr gizlədilirdi? - FOTO

İranda qadınlar hərbi avtomobildə yürüşə çıxdılar - FOTO

İranda qadınlar hərbi avtomobildə yürüşə çıxdılar - FOTO

Türkiyədə ZƏLZƏLƏ OLDU

Türkiyədə ZƏLZƏLƏ OLDU

Hansı yollarda qırmızı işıqda keçmək olar? - VİDEO

Hansı yollarda qırmızı işıqda keçmək olar? - VİDEO

16 il sonra final fiti - 2 nömrə gedir

16 il sonra final fiti - 2 nömrə gedir

İntensiv yağışlar Balakəndə kəndlilərin təsərrüfatına ciddi ziyan vurub - FOTO

İntensiv yağışlar Balakəndə kəndlilərin təsərrüfatına ciddi ziyan vurub - FOTO

Yaşar Gülər Qətərə gedib - FOTO

Yaşar Gülər Qətərə gedib - FOTO

İllər sonra Aqil M.Quliyevlə bağlı etiraf etdi: "Valideynlərinə belə zəng etdim..."

İllər sonra Aqil M.Quliyevlə bağlı etiraf etdi: "Valideynlərinə belə zəng etdim..."

ABŞ-dən SENSASİON XƏBƏRDARLIQ – “İrana qarşı savaşa başqa ölkələr də cəlb edilə bilər” – ÖZƏL

ABŞ-dən SENSASİON XƏBƏRDARLIQ – “İrana qarşı savaşa başqa ölkələr də cəlb edilə bilər” – ÖZƏL

Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

Aprelin 13-dən 19-dək... - Rəsədxanadan xəbərdarlıq

Ajda Pekkanın səhnə pencəyinin heyrətamiz QİYMƏTİ - FOTO

Ajda Pekkanın səhnə pencəyinin heyrətamiz QİYMƏTİ - FOTO

Azərbaycanda maaşlar bu qədər artdı - RƏSMİ

Azərbaycanda maaşlar bu qədər artdı - RƏSMİ

Bəhreyn İraqa NOTA VERDİ

Bəhreyn İraqa NOTA VERDİ

Bu rayonda QAZ OLMAYACAQ

Bu rayonda QAZ OLMAYACAQ

"O mənzərəni bir daha görmək istəmirəm" - Plastik əməliyyatlılardan danışdı

"O mənzərəni bir daha görmək istəmirəm" - Plastik əməliyyatlılardan danışdı

Netanyahu: “Atəşkəs hər an pozula bilər”

Netanyahu: “Atəşkəs hər an pozula bilər”

Dövlət qiymətli kağızlarının ümumi dəyəri açıqlanıb

Dövlət qiymətli kağızlarının ümumi dəyəri açıqlanıb

Nikahdan öncə cütlüklər psixoloji və narkoloji testlərdən KEÇƏCƏKLƏR? – Deputatdan AÇIQLAMA

Nikahdan öncə cütlüklər psixoloji və narkoloji testlərdən KEÇƏCƏKLƏR? – Deputatdan AÇIQLAMA

Trampdan İrana XƏBƏRDARLIQ: “Dərhal məhv ediləcəklər!” - FOTO

Trampdan İrana XƏBƏRDARLIQ: “Dərhal məhv ediləcəklər!” - FOTO

ABŞ-ın Hörmüz boğazındakı blokadası QÜVVƏYƏ MİNDİ

ABŞ-ın Hörmüz boğazındakı blokadası QÜVVƏYƏ MİNDİ

Talıbov da qayda pozurmuş... - VİDEO

Talıbov da qayda pozurmuş... - VİDEO

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

İsrail ordusu yüksək hazırlıq vəziyyətinə gətirildi

End of content

No more pages to load

RADİO