Rezidenturaya ərizə qəbulu BAŞLADI

Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün rezidenturaya ərizə qəbulu elan edib.

Bu barədə Bizim.Media-ya DİM-dən məlumat verilib.

Rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır.

Namizəd rezidenturaya qəbulun I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 1-ci cəhdində iştirak etmək üçün Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2026-cı il 13 apreldən 20 aprel saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (//www.e-gov.az/az/services/read/3148/2) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir).

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının I cəhdinin 2026-cı il mayın 3 də keçirilməsi planlaşdırılır.
 

Ötən illərdə rezidenturaya qəbulun I mərhələsində (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında) “məqbul” nəticə əldə etmiş namizədlər də rezidenturaya qəbulun II mərhələsində (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında) iştirak etmək üçün “Namizədin elektron ərizəsi” formasını doldurur, müvafiq bənddə qeydiyyat aparmaqla ərizəni təsdiq edir (etdirir).


İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmış namizədlər tələb olunan məbləği (100 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edib Mərkəz tərəfindən müəyyən edilmiş müddətdə (22-30 iyul 2026-cı il tarixinə planlaşdırılır) qeydiyyatdan keçməlidirlər.

İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan (40 və daha çox olan bal toplayan) namizədlər buraxılırlar.

Qəbul elanının tam mətni «Rezidentura» jurnalının 2-ci sayında dərc olunub.

Jurnalın bu sayında namizədlərə kömək məqsədilə ixtisas fənləri üzrə test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri təqdim olunur. Eyni zamanda «Rezidentura» jurnalının bu sayında müsabiqə şərtləri, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı məktəbində YENİKLİK: Valideynlərin "WhatsApp" nömrəsinə bildiriş göndəriləcək – FOTO

Bakı məktəbində YENİKLİK: Valideynlərin "WhatsApp" nömrəsinə bildiriş göndəriləcək – FOTO

SON DƏQİQƏ! Maqsud Məmmədov vəfat etdi – FOTO

SON DƏQİQƏ! Maqsud Məmmədov vəfat etdi – FOTO

Öldüyü deyilən Tatlısəsin görüntüləri yayıldı - VİDEO

Öldüyü deyilən Tatlısəsin görüntüləri yayıldı - VİDEO

Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin DİQQƏTİNƏ! Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Hakan Fidandan İsrailə XƏBƏRDARLIQ

Hakan Fidandan İsrailə XƏBƏRDARLIQ

Türkanda şagirdin idman zalında yıxılaraq xəsarət alması ilə bağlı RƏSMİ AÇIQLAMA

Türkanda şagirdin idman zalında yıxılaraq xəsarət alması ilə bağlı RƏSMİ AÇIQLAMA

“Onu təbrik etmək niyyətində deyilik”

“Onu təbrik etmək niyyətində deyilik”

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Birbank Invest-lə PAŞA Bank səhmdarı ol

Fransa və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans təşkil edəcək - FOTO

Fransa və Böyük Britaniya Hörmüz boğazı ilə bağlı beynəlxalq konfrans təşkil edəcək - FOTO

“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”

“İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır”

Koronavirusun yeni ştammı yayılır – TƏCİLİ!

Koronavirusun yeni ştammı yayılır – TƏCİLİ!

Prorektor işdən çıxarıldı - Nazirdən əmr

Prorektor işdən çıxarıldı - Nazirdən əmr

Qarışqalar nə qədər yaşayır? - Alimlərin cavabı

Qarışqalar nə qədər yaşayır? - Alimlərin cavabı

"Fırınçı" kafesində nöqsanlar aşkarlanıb - FOTO

"Fırınçı" kafesində nöqsanlar aşkarlanıb - FOTO

Azərbaycanda əhalinin gəlirləri ARTIB

Azərbaycanda əhalinin gəlirləri ARTIB

İpoteka limitləri yenidən AÇILIR - Vətəndaşlara mühüm XƏBƏR

İpoteka limitləri yenidən AÇILIR - Vətəndaşlara mühüm XƏBƏR

Avtomobil sahiblərinə XƏBƏRDARLIQ: Şinlər BAHALAŞACAQ

Avtomobil sahiblərinə XƏBƏRDARLIQ: Şinlər BAHALAŞACAQ

Bakıda süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Bakıda süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovaya amnistiya aktı ŞAMİL EDİLDİ

Eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovaya amnistiya aktı ŞAMİL EDİLDİ

Bu ölkədə qadın ordu komandanı təyin edildi – İLK DƏFƏ

Bu ölkədə qadın ordu komandanı təyin edildi – İLK DƏFƏ

Öldürülən İradənin ailəsi narazıdır - Biznesmen yenidən yoxlanacaq

Öldürülən İradənin ailəsi narazıdır - Biznesmen yenidən yoxlanacaq

Qubada 3 metr QAR: Yollar belə təmizlənir – FOTO/VİDEO

Qubada 3 metr QAR: Yollar belə təmizlənir – FOTO/VİDEO

Bəhlul Mustafazadə nə vaxt məşqlərə QAYIDACAQ?

Bəhlul Mustafazadə nə vaxt məşqlərə QAYIDACAQ?

Rezidenturaya ərizə qəbulu BAŞLADI

Rezidenturaya ərizə qəbulu BAŞLADI

End of content

No more pages to load

RADİO