Meteor yağışı olacaq – BU TARİXLƏRDƏ

Aprelin sonunda “π-Puppid” meteor yağışı müşahidə ediləcək.

Bizim.Media xəbər verir ki, bu barədə BDU-nun Astrofizika kafedrası məlumat yayıb.

“Aprel ayının sonunda “π-Puppid” meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimum aktivliyi isə 22–24 aprel tarixlərinə təsadüf edəcək”.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, bu meteor axını əsasən Cənub yarımkürəsində daha yaxşı müşahidə olunsa da, əlverişli şəraitdə bəzi hallarda Şimal yarımkürəsinin aşağı enliklərindən də görünür. “π-Puppid” meteor yağışı Yer kürəsinin “26P/Grigg–Skjellerup” kometinın buraxdığı toz hissəcikləri ilə qarşılaşması nəticəsində yaranır.
 

Bu komet Günəş ətrafında təxminən 5 illik perioda malikdir və hər yaxınlaşma zamanı kosmosa çoxlu xırda hissəciklər yayır. Yer həmin hissəciklərin sıx olduğu sahədən keçəndə meteor yağışı müşahidə olunur. Bu meteor axınının ən maraqlı xüsusiyyəti onun qeyri-sabit olmasıdır: bəzi illərdə demək olar ki, heç meteor görünmədiyi halda, bəzi illərdə qəfil aktivlik artımı (outburst) baş verə və saatda onlarla meteor müşahidə edilə bilər.


Bu meteorlar Yer atmosferinə daxil olduqda nisbətən orta sürətlə hərəkət edir. Onların geosentrik sürəti təxminən 18 km/saniyə təşkil edir. Bu sürət Liridlər kimi sürətli meteor yağışları ilə müqayisədə daha aşağıdır, buna görə də “π-Puppid” meteorları bəzən daha yavaş və daha uzun görünən izlər yarada bilir.

Meteorların radiantı (çıxış nöqtəsi) səmanın cənub hissəsində yerləşən Puppid bürcündədir.

Buna görə də meteor yağışını Cənub yarımkürəsində daha yaxşı müşahidə etmək mümkündür. Bakı və ümumilikdə Azərbaycan ərazisi üçün “π-Puppid” meteor yağışının müşahidəsi çətin hesab olunur.

Bunun əsas səbəbi radiantın cənub üfüqünə çox yaxın yerləşməsi və çox vaxt üfüqdən aşağı qalmasıdır. Lakin çox açıq səma şəraitində və cənub istiqaməti tam açıq olan ərazilərdə bəzi meteorların üfüqə yaxın hissədə müşahidə olunması mümkündür. Ən uyğun müşahidə vaxtı gecə saatları, xüsusilə gecə yarısından sonra olan intervaldır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarışqalar nə qədər yaşayır? - Alimlərin cavabı

Qarışqalar nə qədər yaşayır? - Alimlərin cavabı

"Fırınçı" kafesində nöqsanlar aşkarlanıb - FOTO

"Fırınçı" kafesində nöqsanlar aşkarlanıb - FOTO

Azərbaycanda əhalinin gəlirləri ARTIB

Azərbaycanda əhalinin gəlirləri ARTIB

İpoteka limitləri yenidən AÇILIR - Vətəndaşlara mühüm XƏBƏR

İpoteka limitləri yenidən AÇILIR - Vətəndaşlara mühüm XƏBƏR

Avtomobil sahiblərinə XƏBƏRDARLIQ: Şinlər BAHALAŞACAQ

Avtomobil sahiblərinə XƏBƏRDARLIQ: Şinlər BAHALAŞACAQ

Bakıda süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Bakıda süd məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovaya amnistiya aktı ŞAMİL EDİLDİ

Eltisinin ölümünə səbəb olan Ülviyyə İlyasovaya amnistiya aktı ŞAMİL EDİLDİ

Bu ölkədə qadın ordu komandanı təyin edildi – İLK DƏFƏ

Bu ölkədə qadın ordu komandanı təyin edildi – İLK DƏFƏ

Öldürülən İradənin ailəsi narazıdır - Biznesmen yenidən yoxlanacaq

Öldürülən İradənin ailəsi narazıdır - Biznesmen yenidən yoxlanacaq

Qubada 3 metr QAR: Yollar belə təmizlənir – FOTO/VİDEO

Qubada 3 metr QAR: Yollar belə təmizlənir – FOTO/VİDEO

Bəhlul Mustafazadə nə vaxt məşqlərə QAYIDACAQ?

Bəhlul Mustafazadə nə vaxt məşqlərə QAYIDACAQ?

Rezidenturaya ərizə qəbulu BAŞLADI

Rezidenturaya ərizə qəbulu BAŞLADI

Ukrayna üçün TARİXİ FÜRSƏT – 90 milyardlıq yardım savaşın SEYRİNİ DƏYİŞƏCƏK?

Ukrayna üçün TARİXİ FÜRSƏT – 90 milyardlıq yardım savaşın SEYRİNİ DƏYİŞƏCƏK?

Əməkhaqqı yüksək olan sahələr – SİYAHI

Əməkhaqqı yüksək olan sahələr – SİYAHI

Hakan Fidan: “ABŞ-İran razılaşmasının 15 günə əldə olunması mümkün deyil” – VİDEO

Hakan Fidan: “ABŞ-İran razılaşmasının 15 günə əldə olunması mümkün deyil” – VİDEO

Mehman Nəsibov yüksək vəzifəyə TƏYİN OLUNDU

Mehman Nəsibov yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycan Prezidentlərinin MƏTBUAT KATİBLƏRİ

Azərbaycan Prezidentlərinin MƏTBUAT KATİBLƏRİ

Uzunömürlülüyün sirri açıldı: Hər gün 3 qaşıq bu qidadan yemək kifayətdir

Uzunömürlülüyün sirri açıldı: Hər gün 3 qaşıq bu qidadan yemək kifayətdir

Qusarın Yerği Kek kəndi ilə bağlı yayılan iddialar təkzib olundu – VİDEO/FOTO

Qusarın Yerği Kek kəndi ilə bağlı yayılan iddialar təkzib olundu – VİDEO/FOTO

İrandan XƏBƏRDARLIQ: “Limanlarımıza təhlükə yaranarsa...” – VİDEO

İrandan XƏBƏRDARLIQ: “Limanlarımıza təhlükə yaranarsa...” – VİDEO

Meteor yağışı olacaq – BU TARİXLƏRDƏ

Meteor yağışı olacaq – BU TARİXLƏRDƏ

Zubirin “Qarabağ”dan gedəcəyi iddialarına klubdan REAKSİYA

Zubirin “Qarabağ”dan gedəcəyi iddialarına klubdan REAKSİYA

Bakıda restoranın qarşısında kütləvi dava – VİDEO

Bakıda restoranın qarşısında kütləvi dava – VİDEO

DSX Akademiyasının kursantı vəfat etdi – FOTO

DSX Akademiyasının kursantı vəfat etdi – FOTO

End of content

No more pages to load

RADİO