İmişli rayonunu Qaralar kəndində fərdi yaşayış evində baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub.
Bizim.Media xəbər verir ki, bu gün səhər saatlarında kənd sakini 1969-cu il təvəllüdlü Akif Mədət oğlu Abşova məxsus evdə qısaqapanma nəticəsində yanğın hadisəsi baş verib.
Hadisə nəticəsində ev sahibi də yanaraq ölüb.
Onun meyiti Fövqəladə Hallar Nazirliyinin İmişli Rayonu Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən aşkarlanıb.
Məlumata görə, A.Abşov tək yaşayırmış və revmatizm xəstəliyindən əziyyət çəkdiyindən hərəkət məhdudiyyətli olub.
Hadisə nəticəsində o, mənzili tərk etməyə çalışsa da, buna nail ola bilməyib.
Bizim.Media