Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı yeni detallar məlum olub.
Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, həmin şəxs narkotik aludəçisi olub.
O, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilibmiş.
Bir müddət əvvəl azadlığa çıxıb və Nuranə İsgəndərli ilə tanış olub.
Həmin vaxta qədər Nuranə İsgəndərli Xırdalanda xalası qızı Pərişan Süleymanova ilə birlikdə yaşayırmış.
Bir ay əvvəl isə həmin şəxs Nuranə ilə birlikdə Masazır qəsəbəsinə kirayə köçüb.
Bizim.Media