Xəbər verildiyi kimi Abşeron rayonu, Masazır qəsəbəsində 39 və 30 yaşlı iki qadın qətlə yetirilib. Masazırdakı qətlə bağlı yeni təfərrüat məlum olub.
MÖVZU İLƏ BAĞLI:
Masazırda iki qadın qətlə yetirilib
Masazırda evdə qətlə yetirilən qadınların kimliyi məlum olub - ÖZƏL
Bizim.Media Oxu.Az-a istinadən xəbər verir ki, qətlə yetirilən qadınlar xalaqızı olublar.
Onlar bir ay əvvəl Masazıra köçərək, burada kirayə qalıblar. 1996-cı il təvəllüdlü Nuranə Rüstəm qızı İsgəndərli bir müddət əvvəl qətlə yetirildiyi evə köçübmüş. O, bir nəfər kişi ilə qeyri-rəsmi ər-arvad kimi həmin evdə yaşayırmış.
Dünən axşam saatlarında onlar arasında dava olub. Bu gün səhər saatlarında qadınla sevgilisi arasında yenidən dava düşüb və qadın Xırdalan şəhərində yaşayan xalası qızı, 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanovaya zəng vurub.
Qadın qohumundan kömək istəyib. P.Süleymanova onların yaşadığı ünvana gələndə kişinin Nuranəni qətlə yetirildiyini görüb. Həmin şəxs Nuranəyə köməyə gələn Pərişanı da qətlə yetirib və hadisə yerindən qaçıb.
Qətli törədən şəxs Nuranə İsgəndərlinin boğazını kəsib. Daha sonra isə o, hadisəni görən Pərişan Süleymanovaya da 15 bıçaq zərbəsi vurub.
Bizim.Media