Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Mənzil İnşaatı Dövlət Agentliyinin bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib.
Bizim.Media xəbər verir ki, təltif olunan şəxslərdən ikisi - Qədimov Çingiz Sahib oğlu və Məmmədov Elşad Pənah oğlu MİDA-nın İdarə Heyəti sədrinin müavinləridir.
Həmin şəxslərin dosyesini təqdim edirik:
Çingiz Qədimov

1978-ci il iyunun 10-da Bakı şəhərində anadan olub.
1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin “Hüquqşünaslıq” ixtisasını bitirib.
2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Menecment” ixtisası üzrə ikinci təhsil alıb.
2001-2009-cu illərdə “Borçalı” müəssisəsində hüquqşünas kimi çalışıb.
2009-cu ildə “Rato” çoxsaylı kiçik müəsisəsinə direktor təyin edilib.
2013-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Beynəlxalq əməkdaşlıq və mədəni əlaqələr şöbəsinin Protokol sektorunun baş mütəxəssisi vəzifəsində çalışıb.
2013-cü ilin noyabr ayından Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Hüquq və təşkilati təminat şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
2014-2016-cı illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Beynəlxalq əməkdaşlıq və mədəni əlaqələr şöbəsinin Protokol sektorunun müdiri vəzifəsində işləyib.
2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin Hüquq və nəzarət şöbəsinin Daxili nəzarət sektorunun müdiri vəzifəsinə təyin edilib. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin Hüquq və nəzarət şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
2018-ci ildə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nəzarət şöbəsinin müdiri və Agentliyin Aparatının rəhbəri vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 29.11.2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini təyin edilib.
Dövlət qulluğunun kiçik müşaviridir.
Ailəlidir, 3 övladı var.
Elşad Məmmədov

1970-ci il avqustun 19-da Xaçmaz rayonunda anadan olub.
1995-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Uçot İqtisad fakültəsini İqtisadçı ixtisası üzrə bitirib. 1987-1994-cü illərdə Taxıl Məhsulları Nazirliyinin Bakı şəhəri Çörək Ticarəti İdarəsində işləməklə yanaşı, özəl sektorda mühasib və baş mühasib vəzifələrində çalışıb.
1994-2002-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Baş Hesablaşma Kassa mərkəzində baş mühasibin müavini və “Parabank”da filial müdiri vəzifəsində işləyib.
2002-ci ildə Vergilər Nazirliyinin Nərimanov rayon Vergilər İdarəsi vergi ödəyicilərinin auditi şöbəsində Dövlət vergi müfəttişi işləyib.
2002-2016-cı illərdə “Parabank”, “Nikoil” bank , “Unibank” və “Bank BTB” də filial müdiri, menecer və İdarə heyəti Sədrinin müavini vəzifələrində çalışıb.
2016-cı ilin avqust ayından 2018-ci ilin aprel ayınadək Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyində direktorun müşaviri vəzifəsində çalışıb.
2018-ci ilin aprel ayından 2019-cu ilin noyabr ayınadək Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri olub.
Azərbaycan Respublikası Prezidentinin 29.11.2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini təyin edilib.
Ailəlidir, 2 övladı var.
Bizim.Media