“Azərbaycanda narkoloji xəstələrin sağalması üçün cəmi bir dispanser var. Narkoloji xəstələrin statistikasına baxsaq, orada gərək illərlə növbəyə durasan ki, həmin müəssisəyə yerləşə biləsən”.
Bizim.Media xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
“Hesab edirəm ki, narkotikdən sağalma prosedurunun özəl və ya regional xəstəxanalara, hospitallara verilməsi məqsədəuyğun olardı”, – deyə o qeyd edib.
Günay Şahmar, Bizim.Media