Qarabağda tikinti işləri ilə bağlı yayılan iddialara RƏSMİ CAVAB

“Qarabağda həyata keçirilən bütün tikinti və bərpa işləri Azərbaycan Respublikasının qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə, eləcə də müvafiq normativ-texniki sənədlərə tam uyğun şəkildə icra olunur”.

Bu barədə Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən Bizim.Media-ya verilən açıqlamada qeyd olunub.

Bildirilib ki, layihələrin hazırlanması və icrası mərhələsində müasir şəhərsalma prinsipləri, memarlıq standartları, mühəndis-kommunikasiya tələbləri, təhlükəsizlik normaları və ekoloji meyarlar ciddi şəkildə nəzərə alınır: 

“Tikinti prosesində istifadə olunan materiallar və texnologiyalar müəyyən edilmiş keyfiyyət standartlarına cavab verir və müvafiq sertifikatlarla təsdiqlənir.

Bütün işlər aidiyyəti dövlət qurumları tərəfindən təsdiq edilmiş layihə-smeta sənədləri əsasında həyata keçirilir və tikinti prosesinə müntəzəm texniki nəzarət təmin olunur. Eyni zamanda, müvafiq nəzarət və yoxlama mexanizmləri vasitəsilə işlərin keyfiyyəti və normativlərə uyğunluğu davamlı olaraq monitorinq edilir”.

Qurumdan həmçinin qeyd olunub ki, ümumi dəyəri 25 319 534 (iyirmi beş milyon üç yüz on doqquz min beş yüz otuz dörd) manat təşkil edən “Platin-M” MMC ilə imzalanmış üç müqavilə Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununun tələblərinə və bu sahəni tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq müvafiq satınalma üsulu tətbiq edilməklə həyata keçirilib:
 

“Qeyd olunan işlər üzrə satınalma proseduru Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununda nəzərdə tutulmuş müvafiq satınalma metodlarından istifadə edilməklə həyata keçirilmiş, müəyyən edilmiş prosedur qaydalarına tam riayət olunmuş və qəbul olunan qərar aidiyyəti səlahiyyətli dövlət qurumlarında təsdiq edilməklə həyata keçirilib.


Satınalma metodunun seçilməsi zamanı qanunvericilikdə müəyyən edilmiş meyarlar rəhbər tutulmuş, layihələrin operativ və fasiləsiz icrasının təmin edilməsi, texniki uyğunluq, işlərin spesifik xüsusiyyətləri və iqtisadi səmərəlilik kimi amillər nəzərə alınıb. 

“Platin-M” MMC-nin müvafiq sahədə təcrübəsi, peşakar işçi heyəti, texniki imkanları və layihə tələblərinə cavabvermə qabiliyyəti kompleks şəkildə qiymətləndirilmiş, nəticədə qeyd olunan şirkətlə müqavilələrin bağlanması məqsədəuyğun hesab edilib.

Əlavə olaraq bildirmək istəyirik ki, işğaldan azad olunmuş ərazilərdə bir çox təchizatçılar fəaliyyət göstərir.
 

Bütün işlər üzrə satınalma müqavilələri qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq satınalma metodları tədbiq edilməklə həyata keçirilir, satınalma prosesləri çərçivəsində qəbul edilmiş bütün qərarlar hüquqi əsaslandırılmış, müvafiq sənədlərlə rəsmiləşdirilib və qanunvericilikdə təsbit olunmuş prinsiplərə uyğun şəkildə həyata keçirilib.


Bir daha qeyd etmək istəyirik ki, satınalma prosedurlarına dair qəbul olunmuş bütün qərarlar aidiyyəti səlahiyyətli dövlət qurumlarında təsdiq edilməklə həyata keçirilib.

Xidmət “A kateqoriyalı evlərin kvadratmetri üçün nəzərdə tutulan 150 manatlıq xərcin sənədlərdə 350 manat kimi göstərilməsi ilə bağlı iddialara da cavab verib:

“Bu iddialar tamamilə əsassız və yanlış yanaşmaya əsaslanır. Ümumiyyətlə, “A kateqoriyalı ev” anlayışı mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır və bu termin hüquqi və normativ baxımdan heç bir təsnifata aid deyil.
 

Eyni zamanda, təmir-bərpa və tikinti işlərinin dəyəri hər hansı yaşayış obyektlərinin kvadratmetr üzrə vahid qiyməti ilə deyil, təsdiq edilmiş layihə-smeta sənədləri, texniki göstəricilər və qüsur aktları əsasında müəyyən olunur. Hər bir layihə üzrə xərclər fərdi qaydada hesablanır və işin həcmi, texniki mürəkkəbliyi, istifadə olunan materiallar və digər amillər nəzərə alınır.


Bu səbəbdən, fərqli məzmun və metodologiyaya əsaslanan göstəricilərin müqayisə edilməsi nə iqtisadi, nə də hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Səsləndirilən iddialar heç bir rəsmi sənəd və ya təsdiqlənmiş məlumatla dəstəklənmir və ictimaiyyətdə yanlış təsəvvür formalaşdırmağa xidmət edir”.

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti dövlət büdcəsinə 14 milyon manatdan artıq ziyan vurulması ilə bağlı səsləndirilən iddialara da münsibət bildirib:

“Bu istiqamətdə səsləndirilən iddialar əsassızdır və hər hansı rəsmi sənəd və ya təsdiq olunmuş audit nəticələri ilə dəstəklənmir. Dövlət büdcəsi vəsaitlərinin istifadəsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir və müvafiq nəzarət mexanizmləri çərçivəsində mütəmadi yoxlamalara tabedir.

İcra olunan layihələr üzrə bütün maliyyə əməliyyatları təsdiq edilmiş layihə-smeta sənədləri əsasında aparılır, xərclərin məqsədli və səmərəli istifadəsi təmin edilir. Bu proseslər üzərində həm daxili, həm də kənar nəzarət institutları tərəfindən nəzarət həyata keçirilir.

Bu səbəbdən, dövlət büdcəsinə qeyd olunan məbləğdə ziyan vurulması ilə bağlı iddialar reallığı əks etdirmir  və tərəfimizdən təsdiqini tapmayan iddia kimi qəbul edilir”.

Leysan Məmmədovun əvvəlki fəaliyyət dövrü ilə bağlı Hesablama Palatasının audit hesabatlarında qeyd olunan pozuntulara dair iddialarla bağlı qurumun mövqeyi də açıqlanıb:

“Bu barədə səsləndirilən fikirlər reallığı əks etdirmir və onları təsdiqləyən hər hansı rəsmi sənəd və ya etibarlı mənbə mövcud deyil. İddialar əsaslı faktlara deyil, daha çox yoxlanılmamış məlumatlara söykənir və məsələnin mahiyyətini düzgün əks etdirmir.

Həmçinin Leysan Məmmədovun əvvəlki fəaliyyət dövrü ölkə rəhbərliyi tərəfindən qiymətləndirilmiş və 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Əməkdar Mühəndis” fəxri adı ilə, 2014-cü ildə isə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - FOTO

Arif Babayevin qəbirüstü abidəsi ucaldıldı - FOTO

Sürücülərin DİQQƏTİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq

Sürücülərin DİQQƏTİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq

Nəriman oynadı, komandası qalib gəldi - VİDEO

Nəriman oynadı, komandası qalib gəldi - VİDEO

Xalq artistinin arxiv görüntülərini paylaşıb, ad gününü təbrik etdi – FOTO

Xalq artistinin arxiv görüntülərini paylaşıb, ad gününü təbrik etdi – FOTO

Prezidentdən dövlət qurumlarının elektron xidmətləri ilə bağlı FƏRMAN

Prezidentdən dövlət qurumlarının elektron xidmətləri ilə bağlı FƏRMAN

Lətif Kərimovun 120 illiyi qeyd olunacaq – SƏRƏNCAM

Lətif Kərimovun 120 illiyi qeyd olunacaq – SƏRƏNCAM

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə TƏLTİF ETDİ

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə TƏLTİF ETDİ

Elşən Məmmədov yüksək vəzifəyə TƏYİN OLUNDU

Elşən Məmmədov yüksək vəzifəyə TƏYİN OLUNDU

Samir Şərifov nazirlərlə mühüm iclas KEÇİRDİ

Samir Şərifov nazirlərlə mühüm iclas KEÇİRDİ

Aİ-nin hibrid hücumların arxasındakı ŞƏBƏKƏ - Paşinyanı devirmək planının PƏRDƏARXASI

Aİ-nin hibrid hücumların arxasındakı ŞƏBƏKƏ - Paşinyanı devirmək planının PƏRDƏARXASI

Sabahdan bu avtomobillər İçərişəhərə BURAXILMAYACAQ

Sabahdan bu avtomobillər İçərişəhərə BURAXILMAYACAQ

Azərbaycanlı gənclər tərəfindən yeni sosial şəbəkə platforması yaradıldı

Azərbaycanlı gənclər tərəfindən yeni sosial şəbəkə platforması yaradıldı

Qarabağda tikinti işləri ilə bağlı yayılan iddialara RƏSMİ CAVAB

Qarabağda tikinti işləri ilə bağlı yayılan iddialara RƏSMİ CAVAB

Dünyanın ən sağlam 10 meyvəsi açıqlandı — Siyahı

Dünyanın ən sağlam 10 meyvəsi açıqlandı — Siyahı

Putin Trampı parada dəvət edib? - Kreml AÇIQLADI

Putin Trampı parada dəvət edib? - Kreml AÇIQLADI

Dəmir yollarının təhkim zolaqları alaq otlarından belə təmizlənir – VİDEO

Dəmir yollarının təhkim zolaqları alaq otlarından belə təmizlənir – VİDEO

Joau Qulart “Qarabağ”a KEÇƏ BİLƏR

Joau Qulart “Qarabağ”a KEÇƏ BİLƏR

AZAL-ın donanmasına daha bir “Airbus A320neo” əlavə olundu - FOTO/VİDEO

AZAL-ın donanmasına daha bir “Airbus A320neo” əlavə olundu - FOTO/VİDEO

Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkimin FOTOSU

Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkimin FOTOSU

Tramp ailəsinin efirlərdən uzaq SİMASI - Tiffani Tramp KİMDİR? – FOTO

Tramp ailəsinin efirlərdən uzaq SİMASI - Tiffani Tramp KİMDİR? – FOTO

İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” adı verildi – FOTO

İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” adı verildi – FOTO

Bakıda Beynəlxalq Şahmat Festivalının açılış oldu – 900-dən artıq iştirakçı var - FOTO

Bakıda Beynəlxalq Şahmat Festivalının açılış oldu – 900-dən artıq iştirakçı var - FOTO

Sumqayıtda 1800 abonentin qazı kəsiləcək

Sumqayıtda 1800 abonentin qazı kəsiləcək

Trampın məşhur “Namizəd” şousu GERİ QAYIDIR

Trampın məşhur “Namizəd” şousu GERİ QAYIDIR

End of content

No more pages to load

RADİO