“Nikah bağlanarkən tibbi arayışla yanaşı, narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə haqqında rəyin də təqdim olunması məqsədəuyğun olardı”.
Bizim.Media xəbər verir ki, bu təkliflə deputat Göydəniz Qəhrəmanov parlamentin bugünkü plenar iclasında çıxış edib.
O bildirib ki, əgər bu hallar öncədən müəyyən edilərsə, boşanmaların sayı da azala bilər:
“Təəssüf ki, bəzi hallarda, şəxsdə narkoloji asılılığın olduğu nikahdan sonra müəyyən edilir və bu da ailələrin dağılmasına səbəb olur”.
Günay Şahmar, Bizim.Media