Oxşar situasiya, fərqli reaksiya – Araşdırmaq yerinə günahlandırmağı seçmək YANLIŞI

Son on gündə regionumuzda anomal hava şəraiti hökm sürür. İntensiv yağan yağışlar bir sıra ölkələrdə ciddi fəsadlar törədib. Ən ağır vəziyyət Türkiyə və Dağıstanda yaşanır.

Dağıstanda sel fəlakəti

Dağıstanda intensiv yağışlardan sonra başlayan daşqınlar ümumilikdə 1,5 milyon insana təsir edib, 6 mindən çox insan təxliyə edilib, 6 nəfər həyatını itirib. Ümumilikdə dörd mindən çox ev və həyatyanı sahə su altında qalıb.



Dərbənd şəhərində intensiv yağışlar səbəbindən su bəndi dağılıb, şəhərin bir hissəsi su altında qalıb. Fəlakətin miqyası o qədər böyükdür ki, fövqəladə vəziyyət elan edilib.

Ən dəhşətlisi isə odur ki, yağıntılar və sel hələ də davam edir. Hazırda Dağıstan təbii fəlakətin üçüncü dalğasına hazırlaşır

Türkiyənin su altında qalan şəhərləri

Türkiyənin bir sıra vilayətləri də aramsız yağışların törətdiyi fəsadlardan əziyyət çəkir. Osmaniyə, Qaziantep, Antalya, Çanakkala vilayətlərində isə vəziyyət daha da ağırdır.



Belə ki, magistral yolları su basması səbəbindən bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib. Yağışın fəsadlarını aradan qaldırmaq üçün polis və AFAD qüvvələri ilə yanaşı jandarmalar da ərazilərə cəlb olunub.

Təbii fəlakəti süni manipulyasiya etmək cəhdi

Məlum olduğu kimi, martın son günlərində Azərbaycanda da intensiv yağıntılar qeydə alındı. Bakıya və Abşeron yarımadasına yağan yağıntının miqdarı isə rekord səviyyədə - normadan dörd dəfə artıq idi. Doğrudur, bəzi evləri su basdı, bir sıra yollar su altında qaldı. Lakin dövlət qurumları tərəfindən yağıntının fəsadlarını aradan qaldırmaq üçün zəruri addımlar atıldı. Dağıstan və Türkiyə ilə müqayisə apardıqda, Azərbaycanda intensiv yağışların törətdiyi fəsadlar xeyli az idi.

Ancaq təəssüflər olsun ki, sosial şəbəkələrdə “qarışqadan fil düzəldənlər” peyda olmağa başladı. Hətta Dağıstandakı seli “Azərbaycanda baş verib” adı ilə təqdim edənlər də tapıldı. Təbii ki, onlar məqsədli şəkildə bu cür addımlar ataraq, hər fürsətdə etdikləri kimi, yenə də dövləti günahlandırdılar.

Onların məqsədi bəllidir – dövləti hədəf almaq, xalq-dövlət birliyini pozmaq.

Ancaq bu kampaniyaya qoşulub, araşdırmadan təbii fəlakətin günahını dövlətdə axtaran şəxslər də var. Yenə də, Türkiyə və Dağıstanla müqayisə aparsaq, mənzərəni daha aydın izah edə bilərik. Həm Türkiyədə, həm də Dağıstanda yağıntının fəsadları Azərbaycandakından qat-qat çox idi. Ancaq həm türklər, həm də dağıstanlılar fəlakətin təbii olduğunu qəbul edərək, dövləti ittiham etmədilər. Təəssüflər olsun ki, bizdə bunu bilərəkdən və ya bilməyərəkdən edənlər tapıldı. Bilərəkdən edənlərin məqsədlərini qeyd etdik.

Bəs bilməyərəkdən bu kampaniyaya qoşulanlar?

Bu kateqoriyadan olan şəxslərin əssasız da olsa, dövləti ittiham etmələrini bir neçə faktorla əlaqələndirmək olar.

Sosial şəbəkə populizmi

Sosial şəbəkə populizmi çoxumuzun fərqində belə olmadan hər gün, biri-birindən tamamilə fərqli paylaşımlarda qarşımıza çıxır. Lakin onları birləşdirən bir ortaq cəhət var - sosial mediada insanların və ya qrupların diqqət toplamaq, bəyənmə və paylaşım qazanmaq üçün hadisələri şişirdərək, sadələşdirərək və emosional tonla yaymaq. Burada əsas məqsəd həqiqəti çatdırmaq deyil, sadəcə “like” qazanmaqdır.  

Bu cür paylaşımlarda emonsional ton ön plana çıxır, faktları çatdırmaq yerinə, reaksiya almaq hədəf seçilir. Belə paylaşımlara şərh yazanlar da oxşar motivasiya ilə, “like yığmaq”, “koment tutuzdurmaq” hədəfi ilə hərəkət edirlər. Nəticədə, reallıq bir kənarda qalır, əsassız iddialar, ittihamlar önə çıxır.

“Günahkar axtarma” psixologiyası

Araşdırmaq çətin, ilk gördüyünə inanıb, reaksiya vermək isə olduqca asandır. “Günahkar axtarma” psixologiyasının kökündə də məhz bu faktor dayanır. Bu psixoloji davranış hadisələrin səbəbini analiz etmək yerinə, tez və emosional şəkildə kimisə günahkar elan etməyə əsaslanır. Məqsəd isə problemi həll etmək yox, kimisə günahlandıraraq daxili narahatlığı azaltmaqdır.

Məsələn, bir sosial şəbəkə istifadəçisi paylaşım edərək, yaxud şərh yazaraq qonşusunun evini su basdığını bildirir, buna görə də dövləti günahlandırır. Həmin şəxs özü yardım etməsə belə, heç olmasa ünvanı qeyd etməklə və ya müvafiq qurumlara məlumat verməklə həqiqətən də, faydalı addım ata bilər. Ancaq o, əlini daşın altına qoymaqdansa, iki-üç cümlə cızma-qara etməyi seçir. Çünki problemi həll etmək çətin, kimisə ittiham etmək isə olduqca asandır.

İnformasiya savadlılığının zəifliyi

Ümumilikdə, bu situasiyanın ortaya çıxmasında informasiya savadlılığını aşağı olması əsas faktordur. İnformasiya savadı zəif olan insanların məlumatı yoxlamaq, təhlil etmək və düzgün qiymətləndirmək bacarığı aşağı səviyyədə olur. Bu halda insan gördüyü və ya oxuduğu məlumatı olduğu kimi qəbul edir, onun doğruluğunu sorğulamır, dərhal reaksiya verir. Bu reaksiya isə daha çox günahlandırmaq, ittiham etmək formasında özünü göstərir.

Manipulyasiyaya yox, sağlam düşüncəyə üstünlük verək

Yağış – təbiətin qanunudur, lakin bu hadisəni necə qiymətləndirmək insanların düşüncə səviyyəsindən, informasiya mədəniyyətindən və məsuliyyət hissindən asılıdır.

Sosial şəbəkə populizmi, “günahkar axtarma” psixologiyası və informasiya savadlılığının zəifliyi bir araya gəldikdə isə reallıq təhrif olunur, faktlar arxa plana keçir, əsassız ittihamlar ön plana çıxır. Bu isə nə problemi həll edir, nə də cəmiyyətə fayda verir – əksinə, süni gərginlik yaradır və ictimai düşüncəni yanlış istiqamətə yönəldir.

Unutmaq olmaz ki, dövlət–cəmiyyət münasibətləri qarşılıqlı məsuliyyət üzərində qurulmalıdır. Dövlət öz funksiyasını yerinə yetirdiyi kimi, vətəndaş da hadisələrə yanaşmada obyektiv, məsuliyyətli və rasional olmalıdır. Hər təbii hadisəni siyasiləşdirmək, hər vəziyyətdə günahkar axtarmaq nə sağlam düşüncədir, nə də düzgün vətəndaş mövqeyi...

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aslan Sultani: “ABŞ və İran rəsmiləri arasında görüş ləğv oluna bilər” – ÖZƏL

Aslan Sultani: “ABŞ və İran rəsmiləri arasında görüş ləğv oluna bilər” – ÖZƏL

Moskva prospektində qanunsuz parklanma tıxac yaradır – VİDEO

Moskva prospektində qanunsuz parklanma tıxac yaradır – VİDEO

Bu gün Fars körfəzi ölkələrinə hücum etməyiblər

Bu gün Fars körfəzi ölkələrinə hücum etməyiblər

Xəmirin mayalanmasını sürətləndirən kiçik amma effektiv hiylə

Xəmirin mayalanmasını sürətləndirən kiçik amma effektiv hiylə

Naxçıvan sakinlərinə MÜJDƏ – FOTO

Naxçıvan sakinlərinə MÜJDƏ – FOTO

Tovuzda bir ailənin üç uşağı dilənçiliyə məcbur edilirmiş - ŞOK FAKTLAR

Tovuzda bir ailənin üç uşağı dilənçiliyə məcbur edilirmiş - ŞOK FAKTLAR

Apreldə 3 BÜRC rahat nəfəs alacaq - Çətinliklər geridə qalır

Apreldə 3 BÜRC rahat nəfəs alacaq - Çətinliklər geridə qalır

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Cəlil Əhmədov departamentə müdir təyin edildi

Cəlil Əhmədov departamentə müdir təyin edildi

Dövlət qurumları bir tətbiqdə cəmlənir – Yüklənməyə davam gətirəcəklərmi?

Dövlət qurumları bir tətbiqdə cəmlənir – Yüklənməyə davam gətirəcəklərmi?

Nazilə tıxacda DAVA ETDİ: “Özünü kimə göstərirsən?” - VİDEO

Nazilə tıxacda DAVA ETDİ: “Özünü kimə göstərirsən?” - VİDEO

Azərbaycandan yüzlərlə şəxs deportasiya edildi

Azərbaycandan yüzlərlə şəxs deportasiya edildi

Tramp yenidən NATO-nu HƏDƏF ALDI – “Təzyiq göstərməyəndə, başa düşmürlər” – FOTO

Tramp yenidən NATO-nu HƏDƏF ALDI – “Təzyiq göstərməyəndə, başa düşmürlər” – FOTO

Sabiq azərbaycanlı deputat Sankt-Peterburqda bu mehmanxana kompleksini aldı

Sabiq azərbaycanlı deputat Sankt-Peterburqda bu mehmanxana kompleksini aldı

Xəstə aptekə silahlı hücum etdi, pulsuz dərman almaq istədi - Cinayətin TƏFƏRRÜATI

Xəstə aptekə silahlı hücum etdi, pulsuz dərman almaq istədi - Cinayətin TƏFƏRRÜATI

Pezeşkian: “Biz hələ də əlimizi tətiyin üstündə saxlayırıq”

Pezeşkian: “Biz hələ də əlimizi tətiyin üstündə saxlayırıq”

ABŞ mediasında İranla atəşkəs qərarı müzakirə olunur: “Strategiyadan çox xaos var”

ABŞ mediasında İranla atəşkəs qərarı müzakirə olunur: “Strategiyadan çox xaos var”

Sosial şəbəkələri bürümüş əcaib trend – Bu səsləri çıxaranlar milyonlar qazanır – VİDEO

Sosial şəbəkələri bürümüş əcaib trend – Bu səsləri çıxaranlar milyonlar qazanır – VİDEO

Ceyhun Bayramov pakistanlı həmkarı ilə hansı məsələləri MÜZAKİRƏ ETDİ?

Ceyhun Bayramov pakistanlı həmkarı ilə hansı məsələləri MÜZAKİRƏ ETDİ?

Sakit okeanda bütün dünyaya təsir edəcək proses başladı

Sakit okeanda bütün dünyaya təsir edəcək proses başladı

Britaniyanın müdafiə nazirindən Rusiyaya XƏBƏRDARLIQ

Britaniyanın müdafiə nazirindən Rusiyaya XƏBƏRDARLIQ

Tovuzda ailə 3 uşağını buna görə ATIBMIŞ -SƏBƏBİ BİLİNDİ

Tovuzda ailə 3 uşağını buna görə ATIBMIŞ -SƏBƏBİ BİLİNDİ

Superkompüter Çempionlar Liqasının favoritlərini açıqladı

Superkompüter Çempionlar Liqasının favoritlərini açıqladı

İran Hörmüz boğazından hər gün 15-dən çox gəminin keçidinə icazə verməyəcək

İran Hörmüz boğazından hər gün 15-dən çox gəminin keçidinə icazə verməyəcək

End of content

No more pages to load

RADİO