Maştağa qəsəbəsində gəlinini qətlə yetirməkdə təqsirləndirilən Ağanəbi Əliyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxışı zamanı təqsirləndirilənin 10 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm oxunaraq Ağanəbi Əliyev 9 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Sabuncu rayonunun Maştağa qəsəbəsində baş verib. 66 yaşlı Ağanəbi Əliyev 33 yaşlı gəlini Dürdanə Əliyevanı bıçaqlayaraq öldürməkdə təqsirləndirilib.
Hadisə ailədaxili mübahisə zəminində baş verib. Məlumata görə, D.Əliyeva mübahisə zamanı qayınatasını təhqir edib, bundan əsəbiləşən A.Əliyev onu qətlə yetirib.
Qətlə yetirilən qadının üç azyaşlı övladı olub. Təqsirləndirilən də məhkəmədəki ifadəsi zamanı gəlininin onu təhqir etdiyini və buna görə cinayət törətdiyini bildirib.
Ağanəbi Əliyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb. (Oxu.az)
Bizim.Media