ADNSU “QS China Summit 2026”da uğurla iştirak edir – FOTO

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru dosent Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinin Şenjen şəhərində keçirilən nüfuzlu "QS China Summit 2026" (QS Higher Education Summit China) sammitində iştirak edir.

Bizim.Media xəbər verir ki, 8-9 aprel tarixlərində keçirilən beynəlxalq sammitdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, rektorun müşaviri Ülviyyə Abbasova və SABAH mərkəzinin proqram rəhbəri Elnur Əlizadə iştirak ediblər.
 

Sammit çərçivəsində ADNSU-nun rektoru, dosent Rüfət Əzizov dünyanın aparıcı ali təhsil müəssisələrinin rəhbərləri ilə birgə “Beynəlxalq əməkdaşlıq: Çin Asiya və dünya ölkələri ilə tərəfdaşlıq qurur” mövzusuna həsr olunmuş mühüm panel sessiyada məruzəçi qismində çıxış edib.


Müzakirələrdə rektor, dosent Rüfət Əzizovla yanaşı, Malayziyanın Menecment və Elm Universitetinin (MSU) Tədqiqatlar üzrə prorektoru Prof. Dr. Norfilza Mohd Mokhtar, Çinin Honq Konq Xüsusi İnzibati Bölgəsinin Honq Konq Politexnik Universitetinin Qlobal işlər üzrə prorektoru Prof. Geoffrey Qiping Shen və Böyük Britaniyanın Kral İncəsənət Kollecinin Akademik məsələlər üzrə prorektoru Prof. Ken Neil iştirak ediblər.

Müzakirələr zamanı rektor, dosent Rüfət Əzizov və digər beynəlxalq ekspertlər rəqabətədavamlı əməkdaşlıq modellərinin qurulması, risklərin idarə olunması və universitetlərin qlobal reputasiyasının yüksəldilməsi yollarını təhlil ediblər.
 

Xüsusilə, fərqli qitələrdəki kampuslar arasında innovasiya və mədəni mübadiləni təşviq edən ortaq ekosistemlərin yaradılmasının əhəmiyyəti vurğulanıb, birgə tədqiqat alyansları və tələbə mobilliyi kimi strateji məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Sammit çərçivəsində ADNSU ilə İndoneziyanın BİNUS Universiteti arasında ikitərəfli görüş keçirilib.

Görüşdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov və BİNUS Universitetinin rektoru Dr. Nelly S. Kom. ilə aparılan müzakirələr zamanı tərəflər arasında elmi tədqiqat istiqamətində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Xüsusən də doktorantların qısamüddətli elmi tədqiqat məqsədilə qarşılıqlı səfərlərinin təşkili, tələbə-müəllim mübadiləsi proqramlarının həyata keçirilməsi və birgə elmi layihələrin icrası istiqamətində ilkin razılığa gəlinib .

Görüşdə həmçinin gələcəkdə ikitərəfli akademik əlaqələrin daha da inkişaf etdirilməsi və uzunmüddətli əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

20–30 ölkədən 150–200-ə yaxın universitetin iştirak etdiyi sammit çərçivəsində təşkil olunan təhsil sərgisində ADNSU öz stendi ilə də təmsil olunub və ziyarətçilərə universitetin təhsil imkanları, ixtisasları və beynəlxalq əməkdaşlıq əlaqələri barədə məlumat təqdim edib.

Qeyd edək ki, ali təhsil sahəsində beynəlxalq nüfuza malik platformalardan biri olan “QS China Summit 2026” dünyanın müxtəlif ölkələrindən universitet rəhbərlərini, təhsil ekspertlərini və ali təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirir.

Tədbir çərçivəsində ali təhsildə beynəlmiləlləşmə, innovasiya, keyfiyyət təminatı, strateji inkişaf, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi və qlobal akademik əməkdaşlıq kimi aktual mövzular müzakirə olunur.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Apreldə 3 BÜRC rahat nəfəs alacaq - Çətinliklər geridə qalır

Apreldə 3 BÜRC rahat nəfəs alacaq - Çətinliklər geridə qalır

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA

Cəlil Əhmədov departamentə müdir təyin edildi

Cəlil Əhmədov departamentə müdir təyin edildi

Dövlət qurumları bir tətbiqdə cəmlənir – Yüklənməyə davam gətirəcəklərmi?

Dövlət qurumları bir tətbiqdə cəmlənir – Yüklənməyə davam gətirəcəklərmi?

Nazilə tıxacda DAVA ETDİ: “Özünü kimə göstərirsən?” - VİDEO

Nazilə tıxacda DAVA ETDİ: “Özünü kimə göstərirsən?” - VİDEO

Azərbaycandan yüzlərlə şəxs deportasiya edildi

Azərbaycandan yüzlərlə şəxs deportasiya edildi

Tramp yenidən NATO-nu HƏDƏF ALDI – “Təzyiq göstərməyəndə, başa düşmürlər” – FOTO

Tramp yenidən NATO-nu HƏDƏF ALDI – “Təzyiq göstərməyəndə, başa düşmürlər” – FOTO

Sabiq azərbaycanlı deputat Sankt-Peterburqda bu mehmanxana kompleksini aldı

Sabiq azərbaycanlı deputat Sankt-Peterburqda bu mehmanxana kompleksini aldı

Xəstə aptekə silahlı hücum etdi, pulsuz dərman almaq istədi - Cinayətin TƏFƏRRÜATI

Xəstə aptekə silahlı hücum etdi, pulsuz dərman almaq istədi - Cinayətin TƏFƏRRÜATI

Pezeşkian: “Biz hələ də əlimizi tətiyin üstündə saxlayırıq”

Pezeşkian: “Biz hələ də əlimizi tətiyin üstündə saxlayırıq”

ABŞ mediasında İranla atəşkəs qərarı müzakirə olunur: “Strategiyadan çox xaos var”

ABŞ mediasında İranla atəşkəs qərarı müzakirə olunur: “Strategiyadan çox xaos var”

Sosial şəbəkələri bürümüş əcaib trend – Bu səsləri çıxaranlar milyonlar qazanır – VİDEO

Sosial şəbəkələri bürümüş əcaib trend – Bu səsləri çıxaranlar milyonlar qazanır – VİDEO

Ceyhun Bayramov pakistanlı həmkarı ilə hansı məsələləri MÜZAKİRƏ ETDİ?

Ceyhun Bayramov pakistanlı həmkarı ilə hansı məsələləri MÜZAKİRƏ ETDİ?

Sakit okeanda bütün dünyaya təsir edəcək proses başladı

Sakit okeanda bütün dünyaya təsir edəcək proses başladı

Britaniyanın müdafiə nazirindən Rusiyaya XƏBƏRDARLIQ

Britaniyanın müdafiə nazirindən Rusiyaya XƏBƏRDARLIQ

Tovuzda ailə 3 uşağını buna görə ATIBMIŞ -SƏBƏBİ BİLİNDİ

Tovuzda ailə 3 uşağını buna görə ATIBMIŞ -SƏBƏBİ BİLİNDİ

Superkompüter Çempionlar Liqasının favoritlərini açıqladı

Superkompüter Çempionlar Liqasının favoritlərini açıqladı

İran Hörmüz boğazından hər gün 15-dən çox gəminin keçidinə icazə verməyəcək

İran Hörmüz boğazından hər gün 15-dən çox gəminin keçidinə icazə verməyəcək

Əfqanıstan raketləri müharibəni “kölgədə qoydu” - VİDEO

Əfqanıstan raketləri müharibəni “kölgədə qoydu” - VİDEO

Çexiya Prezidenti: Tramp NATO-ya Putindən daha çox zərər vurub

Çexiya Prezidenti: Tramp NATO-ya Putindən daha çox zərər vurub

Dövlət Xidmətinin əməkdaşı faciəvi şəkildə öldü - FOTO

Dövlət Xidmətinin əməkdaşı faciəvi şəkildə öldü - FOTO

Oxşar situasiya, fərqli reaksiya – Araşdırmaq yerinə günahlandırmağı seçmək YANLIŞI

Oxşar situasiya, fərqli reaksiya – Araşdırmaq yerinə günahlandırmağı seçmək YANLIŞI

DİQQƏT: Gecə bu yollar BAĞLI OLACAQ

DİQQƏT: Gecə bu yollar BAĞLI OLACAQ

Həcc ziyarəti üçün kvota tamamlanmayıb - QMİ

Həcc ziyarəti üçün kvota tamamlanmayıb - QMİ

End of content

No more pages to load

RADİO