Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a məlumat daxil olub.
Qeyd olunub ki, hadisə Lütvizadə, 73 və Tennova, 3 ünvanalarının kəsişməsində olan kafedə qeydə alınıb.
Yanğın nəticəsində obyekt tamamilə külə dönüb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 15 kvadratmetr olan kafe kimi fəaliyyət göstərən tikilidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub.
Bizim.Media