İsrail Məscidi Əqsanın 41 günlük fasilədən sonra müsəlmanların ibadətinə açıldığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Anadolu Agentliyi (AA) məlumat yayıb.
Səhər azanı ilə ibadətə açılan məsciddə fələstinli vətəndaşlar gözyaşlarını saxlaya bilməyib və şükür səcdəsi ilə sevinclərini ifadə ediblər.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevral tarixində İrana qarşı başlatdığı hücumla yanaşı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə girişi tamamilə bağlamışdı.






Bizim.Media