Bakıda şagirdə ELEKTRON QOLBAĞ taxıldı - SƏBƏB

Binəqədi Rayon Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Amid Həsənovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

İstintaq materiallarına görə, hadisə 2025-ci ildə, saat 14 radələrində paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, Bakı şəhərində yerləşən Nizami Nərimanov adına 248 nömrəli tam orta məktəbinin 11-ci sinfində təhsil alan Amid Həsənov həmin məktəbin 10-cu sinif şagirdi, zərərçəkmiş Malik Lalayevlə (adı, soyadı şərtidir) küçədə qarşılaşıb.
 

Bu zaman təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin dostları ilə birlikdə ona baxmasını və söhbət zamanı əlinin cibində olmasını irad tutaraq ondan üzr istəməsini tələb edib. Lakin Malik bu tələbi yerinə yetirməkdən imtina edib. Bu da tərəflər arasında mübahisəyə səbəb olub.


Daha sonra Amid heç bir əsaslı səbəb olmadan, ictimai yer hesab edilən küçədə insanların olmasına baxmayaraq, cəmiyyət içərisində qəbul olunmuş etik davranış qaydalarına məhəl qoymayaraq özünü digər şəxslərdən üstün tutmaqla ictimai qaydanı kobud şəkildə pozub və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verib.

O, xuliqanlıq niyyəti ilə Malikə qarşı fiziki zor tətbiq edərək onun burun nahiyəsinə yumruq zərbələri endirib.

Nəticədə zərərçəkmiş şəxs burun sümüyünün yerdəyişmiş sınığı, burun nahiyəsinin sola doğru deformasiyası, tənəffüsün pozulması və şişkinliklə müşayiət olunan xəsarətlər alıb.

Beləliklə, təqsirləndirilən şəxsin əməli həm qəsdən sağlamlığa az ağır zərər vurma, həm də ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və zor tətbiqi ilə müşayiət olunan xuliqanlıq kimi qiymətləndirilib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qalatasaray” “Göztəpə”yə qalib gəldi - VİDEO

“Qalatasaray” “Göztəpə”yə qalib gəldi - VİDEO

Zelenski: "Putinlə görüşməyə hazıram, amma Moskvada yox"

Zelenski: "Putinlə görüşməyə hazıram, amma Moskvada yox"

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR

Rihanna qızı ilə Paris küçələrində - FOTO

Rihanna qızı ilə Paris küçələrində - FOTO

Yüksək gərginlikli elektrikə qoşulma haqqı dəyişə bilər – Yeni qaydalar

Yüksək gərginlikli elektrikə qoşulma haqqı dəyişə bilər – Yeni qaydalar

Şahin Şıxlinski və oğlunun həbs müddəti artırıla bilər

Şahin Şıxlinski və oğlunun həbs müddəti artırıla bilər

Bakıda velosiped və skuter sürənlərin sayı AÇIQLANDI – FOTO

Bakıda velosiped və skuter sürənlərin sayı AÇIQLANDI – FOTO

Lənkəranda çürümüş ağac avtomobilin üzərinə düşdü - Xəsarət alanlar var – FOTO

Lənkəranda çürümüş ağac avtomobilin üzərinə düşdü - Xəsarət alanlar var – FOTO

İsrail Livanın cənubunu bombalayıb - VİDEO

İsrail Livanın cənubunu bombalayıb - VİDEO

Ötən il ən çox vergi ödəyən banklar – SİYAHI

Ötən il ən çox vergi ödəyən banklar – SİYAHI

ABŞ-dakı neft şirkətləri Hörmüzlə bağlı Trampa etiraz etdilər

ABŞ-dakı neft şirkətləri Hörmüzlə bağlı Trampa etiraz etdilər

Abituriyentlərə ŞAD XƏBƏR: Bu qruplarda ballar enə bilər

Abituriyentlərə ŞAD XƏBƏR: Bu qruplarda ballar enə bilər

Azərbaycan filmi Brive Film Festivalın əsas müsabiqə proqramına SEÇİLDİ

Azərbaycan filmi Brive Film Festivalın əsas müsabiqə proqramına SEÇİLDİ

Aysel Teymurzadənin oğlu ilk dəfə - FOTO

Aysel Teymurzadənin oğlu ilk dəfə - FOTO

Rəhim Həsənov yenə hakim səhvlərini etiraf etdi – VİDEO

Rəhim Həsənov yenə hakim səhvlərini etiraf etdi – VİDEO

Atəşkəs təşəbbüsü bu ölkədən gəlib – Gizli danışıqların detalları ÜZƏ ÇIXDI

Atəşkəs təşəbbüsü bu ölkədən gəlib – Gizli danışıqların detalları ÜZƏ ÇIXDI

Göyərti də BAHALAŞDI

Göyərti də BAHALAŞDI

Bakıda qadın qonşusunun burnunu sındırdı

Bakıda qadın qonşusunun burnunu sındırdı

Yaddaşlarda yaşayan “İsmayıl” - 80-nə çatdı... - FOTO

Yaddaşlarda yaşayan “İsmayıl” - 80-nə çatdı... - FOTO

Yağış “İçərişəhər”in qala divarlarına da ziyan vurdu- FOTO

Yağış “İçərişəhər”in qala divarlarına da ziyan vurdu- FOTO

Quba-Xınalıq yolunda sürüşmə

Quba-Xınalıq yolunda sürüşmə

Azərbaycanın sürücülük vəsiqələri hansı ölkələrdə tanınır? – ARAŞDIRMA

Azərbaycanın sürücülük vəsiqələri hansı ölkələrdə tanınır? – ARAŞDIRMA

Bu məşhurlar da narkotik ittihamı ilə saxlanıldı – ADLAR

Bu məşhurlar da narkotik ittihamı ilə saxlanıldı – ADLAR

Bu şəxslərə 7 aydır maaş verilmir – VİDEO

Bu şəxslərə 7 aydır maaş verilmir – VİDEO

End of content

No more pages to load

RADİO