Bakıda 1600 ev söküləcək - KOMPENSASİYA VERİLƏCƏK?

Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsində üzərində ev tikilən kollektorun partlaması, sonda həmin evin sökülməsi, paytaxtın digər ərazilərində də mövcud olan bu problemi yenidən gündəmə gətirib.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Bakı Sukanal İdarəsinin balansında və istismarında olan kanalizasiya və yağış kollektorlarının mühafizə zolağı və üzərində 1 600-ə yaxın tikilinin mövcud olduğu bildirilib.

Açıqlamada qeyd olunub ki, kollektorların üzərində və ya mühafizə zonalarında yeni tikililərin qarşısını almaq üçün hər hansı tikinti aşkarlandıqda aidiyyəti qurumlara müraciət edilir və hüquqi tədbirlərin görülməsi üçün addımlar atılır.

Bizim.Media xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc “Yenisabah.az”a açıqlamasında kollektor üzərindəki bütün evlərin qanunsuz tikili statusunda olduğunu deyib.

“Məlum olduğu kimi, yüksək gərginlikli elektrik xətlərinin altında, kommunal xətlərin üzərində, meşə təssərrüfatı ərazisində və bu kimi yerlərdə tikinti aparmaq qanunla qadağandır”, - ekspert vurğulayıb.

O qeyd edib ki, kollektorların üzərində inşa edilən evlər sökülərsə, vətəndaşlara kompensasiya veriləcək:

“Məsələ burasındadır ki, kollektor üzərində tikinti aparılarkən, niyə prosesə mane olunmayıb? Təbii ki, vətəndaşın belə ərazilərdə tikinti apararkən xərc çəkib. Azərbaycan sosial dövlətdir və yəqin ki, söküntülər aparılarsa, vətəndaşa kompensasiya ödəniləcək. Çünki vətəndaşın evsiz qalması və taleyin ümidinə buraxılması bizim dövlətimizin prinsip və maraqlarına uyğun deyil.

Bu baxımdan düşünürəm ki, həmin vətəndaşlara mütləq kompensasiya ayrılmalıdır. Təbii ki, yekun qərarı müvafiq qurumlar verəcək. Amma indiyə qədərki yanaşmalardan çıxış edərək söyləmək olar ki, vətəndaşın çəkdiyi xərclər ödənilməlidir”.

Ekspert vurğulayıb ki, vətəndaşın kommunal xidmət xərclərini ödəməsi dolayı yolla həmin daşınmaz əmlak üzərindəki mülkiyyətini təsdiqləyir.

“Kollektorların üzərində inşa edilmiş evlərin bir çox hallarda mülkiyyət hüququ rəsmi şəkildə təsbit edilməsə belə, vətəndaş müəyyən xərc çəkibsə həmin ev ona məxsusdur. Eyni zamanda belə vətəndaşlar müəyyən müddət ərzində kommunal ödənişləri ödəyib. Vətəndaşın kommunal xidmət xərclərini ödəməsi dolayı yolla həmin daşınmaz əmlak üzərindəki mülkiyyətini təsdiqləyir. Bu baxımdan söküntü olarsa, belə vətəndaşlara kompensasiya veriləcək”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski: "Putinlə görüşməyə hazıram, amma Moskvada yox"

Zelenski: "Putinlə görüşməyə hazıram, amma Moskvada yox"

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR

Rihanna qızı ilə Paris küçələrində - FOTO

Rihanna qızı ilə Paris küçələrində - FOTO

Yüksək gərginlikli elektrikə qoşulma haqqı dəyişə bilər – Yeni qaydalar

Yüksək gərginlikli elektrikə qoşulma haqqı dəyişə bilər – Yeni qaydalar

Şahin Şıxlinski və oğlunun həbs müddəti artırıla bilər

Şahin Şıxlinski və oğlunun həbs müddəti artırıla bilər

Bakıda velosiped və skuter sürənlərin sayı AÇIQLANDI – FOTO

Bakıda velosiped və skuter sürənlərin sayı AÇIQLANDI – FOTO

Lənkəranda çürümüş ağac avtomobilin üzərinə düşdü - Xəsarət alanlar var – FOTO

Lənkəranda çürümüş ağac avtomobilin üzərinə düşdü - Xəsarət alanlar var – FOTO

İsrail Livanın cənubunu bombalayıb - VİDEO

İsrail Livanın cənubunu bombalayıb - VİDEO

Ötən il ən çox vergi ödəyən banklar – SİYAHI

Ötən il ən çox vergi ödəyən banklar – SİYAHI

ABŞ-dakı neft şirkətləri Hörmüzlə bağlı Trampa etiraz etdilər

ABŞ-dakı neft şirkətləri Hörmüzlə bağlı Trampa etiraz etdilər

Abituriyentlərə ŞAD XƏBƏR: Bu qruplarda ballar enə bilər

Abituriyentlərə ŞAD XƏBƏR: Bu qruplarda ballar enə bilər

Azərbaycan filmi Brive Film Festivalın əsas müsabiqə proqramına SEÇİLDİ

Azərbaycan filmi Brive Film Festivalın əsas müsabiqə proqramına SEÇİLDİ

Aysel Teymurzadənin oğlu ilk dəfə - FOTO

Aysel Teymurzadənin oğlu ilk dəfə - FOTO

Rəhim Həsənov yenə hakim səhvlərini etiraf etdi – VİDEO

Rəhim Həsənov yenə hakim səhvlərini etiraf etdi – VİDEO

Atəşkəs təşəbbüsü bu ölkədən gəlib – Gizli danışıqların detalları ÜZƏ ÇIXDI

Atəşkəs təşəbbüsü bu ölkədən gəlib – Gizli danışıqların detalları ÜZƏ ÇIXDI

Göyərti də BAHALAŞDI

Göyərti də BAHALAŞDI

Bakıda qadın qonşusunun burnunu sındırdı

Bakıda qadın qonşusunun burnunu sındırdı

Yaddaşlarda yaşayan “İsmayıl” - 80-nə çatdı... - FOTO

Yaddaşlarda yaşayan “İsmayıl” - 80-nə çatdı... - FOTO

Yağış “İçərişəhər”in qala divarlarına da ziyan vurdu- FOTO

Yağış “İçərişəhər”in qala divarlarına da ziyan vurdu- FOTO

Quba-Xınalıq yolunda sürüşmə

Quba-Xınalıq yolunda sürüşmə

Azərbaycanın sürücülük vəsiqələri hansı ölkələrdə tanınır? – ARAŞDIRMA

Azərbaycanın sürücülük vəsiqələri hansı ölkələrdə tanınır? – ARAŞDIRMA

Bu məşhurlar da narkotik ittihamı ilə saxlanıldı – ADLAR

Bu məşhurlar da narkotik ittihamı ilə saxlanıldı – ADLAR

Bu şəxslərə 7 aydır maaş verilmir – VİDEO

Bu şəxslərə 7 aydır maaş verilmir – VİDEO

37 yaşlı kişini “tok” vurdu

37 yaşlı kişini “tok” vurdu

End of content

No more pages to load

RADİO