Beyləqanda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza rayonun Dünyamalılar kəndi ərazisində qeydə alınıb.
İki “VAZ-2107” və bir “VAZ-2106” markalı avtomobilin toqquşması nəticəsində 1990-cı il təvəllüdlü kişi xəsarət alıb.
Yaralı Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona müxtəlif bədən xəsarətləri diaqnozu qoyulub, vəziyyəti nəzarətdədir.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media