Vətəndaşlara XƏBƏRDARLIQ: Dövlət qurumları adından saxta bildirişlər göndərilir

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzində aparılmış monitorinqlər və daxil olmuş insident bildirişləri əsasında “AzStateNet” şəbəkəsinə daxil olan müxtəlif dövlət qurumlarına aid elektron poçt ünvanlarını hədəf alan fişinq xarakterli kütləvi e-poçt kampaniyası müəyyən edilib.

Bu barədə Bizim.Media-ya Elektron Təhlükəsizlik Xidmətindən (Milli CERT) bildirilib.
 

Məlumata əsasən, hücum ssenarisi vətəndaşlarda qorxu və təciliyyət hissi yaratmağa yönəlmiş sosial mühəndislik üsullarına əsaslanaraq, saxta bildirişlər və əlavə sənədlər vasitəsilə qurbanları müəyyən tələbləri yerinə yetirməyə sövq etmək məqsədi daşıyır.


Araşdırma zamanı müəyyən edilib ki, hücum ssenarisinin ilkin mərhələsində legitim təsir bağışlayan e-poçt ünvanından “Cinayət istintaqının zəruriliyi barədə bildiriş” başlıqlı məktub göndərilib, sonrakı mərhələdə isə qurbanla yazışma davam etdirilərək guya hüquqi məsuliyyət və maliyyə öhdəliyi yaradan tələblər irəli sürülüb. Təhlillər nəticəsində qeyd olunan kampaniyanın zərərli keçid və ya fayllardan daha çox psixoloji təzyiq, manipulyasiya və etibardan sui-istifadə elementləri üzərində qurulduğu müəyyən olunub.

Sözügedən insident üzrə detallı araşdırma Mərkəzin Zərərvericilərin Tədqiqatı Laboratoriyası tərəfindən aparılıb.

“Bir daha vətəndaşlara tövsiyə olunur ki, bu tip hallarla qarşılaşdıqda təşvişə düşməsinlər, göndərilən elektron məktubların mənbəyini diqqətlə yoxlasınlar və şübhəli məzmunlu bildirişlərə dərhal cavab verməsinlər.

Rəsmi qurumların adından göndərilən, hüquqi məsuliyyət, cərimə və ya təcili hərəkət tələbi yaradan mesajlara qarşı xüsusilə ehtiyatlı yanaşmaq, belə hallarda aidiyyəti qurumlarla birbaşa əlaqə saxlayaraq məlumatı dəqiqləşdirmək vacibdir. Eyni zamanda, şübhəli elektron məktublar və əlavələr aşkar edildiyi halda onların informasiya təhlükəsizliyi üzrə məsul şəxslərə və aidiyyəti qurumlara bildirilməsi kibertəhlükələrin qarşısının vaxtında alınması baxımından mühüm əhəmiyyət kəsb edir”, - deyə ETX-nin məlumatında qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mütəxəssis: “Bakıda yağış sularının idarəolunması üçün yeni mexanizmlər yaradılacaq”

Mütəxəssis: “Bakıda yağış sularının idarəolunması üçün yeni mexanizmlər yaradılacaq”

Hazal Subaşının yeni layihəsi

Hazal Subaşının yeni layihəsi

Mərdəkanda sahibsiz it səkkiz nəfərə hücum edib - Sakinlər təşviş içində - VİDEO

Mərdəkanda sahibsiz it səkkiz nəfərə hücum edib - Sakinlər təşviş içində - VİDEO

Vens: “İran Hörmüz boğazını açmasa, ABŞ atəşkəs rejiminə riayət etməyəcək”

Vens: “İran Hörmüz boğazını açmasa, ABŞ atəşkəs rejiminə riayət etməyəcək”

Beyləqanda zəncirvari QƏZA: Xəsarət alan var

Beyləqanda zəncirvari QƏZA: Xəsarət alan var

“Məclislərə aparıb pulumu kəsirdilər” - Nadirdən etiraf

“Məclislərə aparıb pulumu kəsirdilər” - Nadirdən etiraf

Meloni: “İsrailin Livana hücumları dərhal dayandırılmalıdır”

Meloni: “İsrailin Livana hücumları dərhal dayandırılmalıdır”

Anar Əliyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü

Anar Əliyev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü

Rusiyalı turistlərə Türkiyədə verilən qəribə qəbz - VİDEO

Rusiyalı turistlərə Türkiyədə verilən qəribə qəbz - VİDEO

Vətəndaşlara XƏBƏRDARLIQ: Dövlət qurumları adından saxta bildirişlər göndərilir

Vətəndaşlara XƏBƏRDARLIQ: Dövlət qurumları adından saxta bildirişlər göndərilir

Nə süddür, nə də su: Yarım stəkan içən dərhal yuxuya gedir

Nə süddür, nə də su: Yarım stəkan içən dərhal yuxuya gedir

Türkiyədə intensiv yağış iki nəfərin həyatına son qoydu – VİDEO

Türkiyədə intensiv yağış iki nəfərin həyatına son qoydu – VİDEO

Ofeliya Şabanovanın qardaşı KOMAYA DÜŞDÜ

Ofeliya Şabanovanın qardaşı KOMAYA DÜŞDÜ

Naxçıvanda Ombudsman haqqında qanun ləğv oluna BİLƏR

Naxçıvanda Ombudsman haqqında qanun ləğv oluna BİLƏR

Azərbaycanda ən çox müraciət edilən plastik cərrahiyə əməliyyatları açıqlandı

Azərbaycanda ən çox müraciət edilən plastik cərrahiyə əməliyyatları açıqlandı

Hörmüz boğazından keçməyə cəhd edən neft tankeri geri qaytarıldı – FOTO

Hörmüz boğazından keçməyə cəhd edən neft tankeri geri qaytarıldı – FOTO

“WhatsApp”a yeni funksiya əlavə olunacaq

“WhatsApp”a yeni funksiya əlavə olunacaq

Naxçıvanda bu şəxslərin maaşları ilə bağlı YENİ QƏRAR hazırlanır

Naxçıvanda bu şəxslərin maaşları ilə bağlı YENİ QƏRAR hazırlanır

“ABŞ 10 bəndlik təklifin 3 maddəsini pozdu” – İranın spikeri

“ABŞ 10 bəndlik təklifin 3 maddəsini pozdu” – İranın spikeri

Azərbaycanda taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər MÜƏYYƏN EDİLƏCƏK – QƏRAR

Azərbaycanda taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər MÜƏYYƏN EDİLƏCƏK – QƏRAR

Çox insan səhv başa düşür: 5G-dəki "G" nə deməkdir?

Çox insan səhv başa düşür: 5G-dəki "G" nə deməkdir?

Şöbə müdiri menecer vəzifəsinə gətirildi

Şöbə müdiri menecer vəzifəsinə gətirildi

Bu tələbələr üçün yeni imkan yaradıldı - RƏSMİ

Bu tələbələr üçün yeni imkan yaradıldı - RƏSMİ

"Sabah" Çempionlar Liqasında ilk qələbəsini qazandı – FOTO

"Sabah" Çempionlar Liqasında ilk qələbəsini qazandı – FOTO

End of content

No more pages to load

RADİO