Depressiya: qadınlar kişilərdən daha çox əziyyət çəkir

“Depressiya dünyada ən çox rast gəlinən psixi xəstəliklərdən biridir və bütün xəstəliklər arasında yayılma mexanizminə görə ikinci yerdə durur”.

Bizim.Media “Manset.az”a istinadən xəbər verir ki, bu fikirləri Psixiatriya kafedrasının professoru Zəfər Əliyev açıqlamasında bildirib.

O qeyd edib ki, bu mənzərə xüsusilə COVID-19 pandemiyası zamanı daha aydın müşahidə olunurdu.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyanın yetkin əhalisinin təxminən 6 faizinin depressiyadan əziyyət çəkdiyini qeyd edən professor bu göstəricinin qadınlar arasında kişilərlə müqayisədə daha yüksək olduğunu vurğulayıb. Mütəxəssis depressiyanın yüngül, orta və ağır formalarının olduğunu qeyd edərək, onun somatizə olunmuş və ya maskalanmış, “depressiyasız depressiya” adlanan formasına da xüsusi diqqət ayırıb.

Xatırladıb ki, depressiyanın səbəbləri fərqlidir:

“İlk növbədə, depressiya irsi xarakter daşıyır. Depressiyanın inkişafında şəxsin öz duyğularını anlama və ifadə etmə çətinlikləri, eləcə də psixiatrik yardımdan çəkinməsi əsas amillərdən hesab olunur. Psixiatriyaya qarşı qorxu və antidepressantların istifadəsinə dair tərəddüdlər simptomların dərinləşməsinə və xəstəliyin ağırlaşmasına gətirib çıxarır. Bundan əlavə, depressiya başqa psixi pozuntular kimi məsələn, panik pozuntu, yuxusuzluq və ya asılılıqlar (alkoqolizm, narkomaniya, toksikomaniya) fonunda da özünü göstərə bilər”.

Onun fikrincə, əvvəlcə bədənin orqan patologiyasını istisna etmək lazımdır. Bu səbəbdən, praktikada müəyyən orqan və ya orqan sistemini müalicə edən mütəxəssislər tərəfindən müayinə olunmuş xəstələri müşahidə etmək mümkündür:

“Bu, ürək-damar və ya tənəffüs sistemləri, mədə-bağırsaq traktı və başqa sistemlər, dərinin səthində ağrı ola bilər. Təbii ki, bacarıqlı mütəxəssis öz sahəsində müalicə üçün somatik səbəblər aşkar olunmadıqda və ya müalicəyə cavab almadıqda, xəstəni psixiatra yönləndirir. Buna görə də effektiv müdaxilə üçün vaxtında psixiatrla məsləhətləşmək və pozuntunun xronikləşmə riskini azaltmaq vacibdir”.
 

Antidepressantların müalicədə istifadə olunduğunu bildirən professor Z. Əliyev hazırda effektiv müalicə rejimi seçməyə imkan verən geniş çeşiddə dərmanların mövcudluğunu vurğulayıb. Qeyd edib ki, belə hallarda psixoterapiya nəzərdən qaçırılmamalı və müalicə yalnız psixiatrlar tərəfindən aparılmalıdır.


Yekunda mütəxəssisin tövsiyəsi olaraq bildirildi ki, depressiyanın vaxtında diaqnostikası və uyğun müalicəsi xəstəliyi yüngülləşdirir, uzunmüddətli təsirlərini minimuma endirir. Hər kəs öz psixi sağlamlığına diqqət yetirməli və əlamətlər müşahidə olunduqda mütəxəssisə müraciət etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Litvanın Baş naziri Azərbaycana səfərə gəldi - FOTO

Litvanın Baş naziri Azərbaycana səfərə gəldi - FOTO

Ölkədə yaşı 100 və daha yuxarı olan neçə insan var?

Ölkədə yaşı 100 və daha yuxarı olan neçə insan var?

Qusarın icra başçısı sakinlərlə görüşdü – FOTO

Qusarın icra başçısı sakinlərlə görüşdü – FOTO

Tramp: "Bu, ayrı bir toqquşmadır"

Tramp: "Bu, ayrı bir toqquşmadır"

Livanda bugünkü hücumlar zamanı 89 nəfər ölüb, 700 nəfər yaralanıb – VİDEO

Livanda bugünkü hücumlar zamanı 89 nəfər ölüb, 700 nəfər yaralanıb – VİDEO

DİQQƏT! Sabah Bakının bu ərazilərində qaz olmayacaq

DİQQƏT! Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Vəzifəsindən ayrılan Qalib Qasımovdan ilk AÇIQLAMA – FOTO

Vəzifəsindən ayrılan Qalib Qasımovdan ilk AÇIQLAMA – FOTO

Yunanıstan da uşaqların sosial şəbəkələrdən istifadəsini QADAĞAN EDİR

Yunanıstan da uşaqların sosial şəbəkələrdən istifadəsini QADAĞAN EDİR

Ceyhun Bayramovla Əraqçinin telefon danışığının DETALLARI AÇIQLANDI

Ceyhun Bayramovla Əraqçinin telefon danışığının DETALLARI AÇIQLANDI

Ərdoğanla Tramp DANIŞDI: Nələr müzakirə olundu?

Ərdoğanla Tramp DANIŞDI: Nələr müzakirə olundu?

Zamirə Ədilova vəzifəsindən ayrıldı – FOTO

Zamirə Ədilova vəzifəsindən ayrıldı – FOTO

Azərbaycan və Qambiya XİN-ləri arasında MÜHÜM İCLAS - FOTO

Azərbaycan və Qambiya XİN-ləri arasında MÜHÜM İCLAS - FOTO

Fərid Şahbazlı: “Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasında strateji əməkdaşlığı möhkəmləndirir”

Fərid Şahbazlı: “Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasında strateji əməkdaşlığı möhkəmləndirir”

Qalib Qasımov vəzifəsindən azad olundu – FOTO

Qalib Qasımov vəzifəsindən azad olundu – FOTO

Dünya Bankı Azərbaycanda yaxın iki il üçün iqtisadi artım proqnozunu AÇIQLADI

Dünya Bankı Azərbaycanda yaxın iki il üçün iqtisadi artım proqnozunu AÇIQLADI

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək? – RƏSMİ

Yağışlar zamanı zərər görənlərə nə qədər pul ödəniləcək? – RƏSMİ

“İran Hörmüz boğazında gəmilərin hərəkətini dayandırdı” – KİV

“İran Hörmüz boğazında gəmilərin hərəkətini dayandırdı” – KİV

Əraqçidən sonra Şahbaz Şərif də atəşkəsin pozulduğunu AÇIQLADI

Əraqçidən sonra Şahbaz Şərif də atəşkəsin pozulduğunu AÇIQLADI

Ukraynanın xarici işlər naziri Ceyhun Bayramova ZƏNG ETDİ

Ukraynanın xarici işlər naziri Ceyhun Bayramova ZƏNG ETDİ

Depressiya: qadınlar kişilərdən daha çox əziyyət çəkir

Depressiya: qadınlar kişilərdən daha çox əziyyət çəkir

İran İsrailin atəşkəsi pozduğunu AÇIQLADI

İran İsrailin atəşkəsi pozduğunu AÇIQLADI

SON DƏQİQƏ! Xəzərdə dördüncü zəlzələ oldu

SON DƏQİQƏ! Xəzərdə dördüncü zəlzələ oldu

Rza Pəhləvi Tramp və Netanyahunu sosial mediada izləmədən çıxardı – FOTO

Rza Pəhləvi Tramp və Netanyahunu sosial mediada izləmədən çıxardı – FOTO

End of content

No more pages to load

RADİO